Ronaldo Corcina ilə toy tarixlərini açıqladı

Ronaldo Corcina ilə toy tarixlərini açıqladıSəudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezə evlilik təklif etməyi necə qərara aldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, futbolçu bu barədə jurnalist Pirs Morqan müsahibəsində danışıb.

Futbolçu bu addımı kortəbii şəkildə atdığını - qərarın gecə, uşaqlarının və dostlarının yanında ağlına gəldiyini söyləyib. Ronaldonun sözlərinə görə, onu buna təşviq edən qızları olub. O, etiraf etdi ki, hər şey gözlənilmədən baş verdiyi üçün diz çökməyib, amma anı təsirli və səmimi edən bir çıxış hazırlayıb.

Ronaldo özünü romantik hesab etmədiyini, lakin hisslərini özünəməxsus şəkildə ifadə etməyə çalışdığını etiraf edib. O. toy tarixlərini də açıqlayıb:

"O, mənim həyatımın qadınıdır. Təbii ki, mən ona evlilik təklifi etdim. O, ailəmə, mənə qayğı göstərir. Corcina mənim hər zaman axtardığım qadındır. Dünya Kubokundan sonra toy planlaşdırırıq. Ümid edirəm ki, qazanılan kubokla."

Ronaldodan təqaüdə çıxmağa hazır olub-olmadığını isə belə cavablayıb:

"Bu barədə düşünmüşəm, yəqin ki, tezliklə olacaq. Hazır olacağam. Bəli, asan olmayacaq. Əlbəttə ki, ağlayacağam. Ümumiyyətlə, göz yaşları ilə rahatam, heç vaxt hisslərimi saxlamıram və əminəm ki, ağlayacağam. Çətin olacaq. Amma 27 yaşımdan bəri buna hazırlaşıram, gələcəyimi təsəvvür edirəm, ona görə də hər şey yaxşıdır".

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1120   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

07.10.2026 219
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

07.10.2026 223
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

07.10.2026 169
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 177
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

07.10.2026 226
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

07.10.2026 187
.

Aqşin Fatehin atasının dəfn mərasimi sabah baş tutacaq

Meyxanaçı Aqşin Fethin atası Səyyad Hacıyev sabah saat 12-də dəfn olunacaq. "Yeni Sabah" xəbər verir ki, dəfn mərasimi Xətai rayonu Cavanşir küçəsi bina 23-də keçiriləcək. Bu barədə meyxanaçı özü məlumat yayıb

07.10.2026 215
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

07.10.2026 256
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

07.10.2026 285
.