Networkstan – biznes dünyasında yeni körpü

Networkstan - biznes dünyasında yeni körpüBiG.AZ saytın bu dəfəki qonaqları Networkstan platformasının həmtəsisçiləri - Fariz Məmmədbəyov və Loğman Məmmədovdur.
Onlar həm özləri, həm də rəhbərlik etdikləri Networkstan barədə suallarımızı cavablandırdılar.

📍 Müsahibə Daşkənddə, Networkstan Qala Gecəsi zamanı lentə alınıb.

Öncə özünüz və yaratdığınız platforma haqqında qısa məlumat verərdiniz.
Fariz Məmmədbəyov:
Mən Fariz Məmmədbəyov, 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşıyam. 2019-cu ildən etibarən Özbəkistanda yaşayıram və burada müxtəlif biznes sahələrində fəaliyyət göstərirəm.

Loğman Məmmədov:
Mən də Azərbaycan Respublikasının vətəndaşıyam, 2022-ci ildən Özbəkistanda fəaliyyət göstərirəm. Sahibkarlıq və idarəetmə sahəsində təcrübəm var.
Biz birgə olaraq 2025-ci ilin iyul ayında Networkstan platformasını təsis etdik. Qısa zamanda sahibkarlar, menecerlər və peşəkarlar arasında əlaqələr yaradan mühüm bir platformaya çevrilə bildik.

Networkstan - sadəcə tanışlıq məkanı deyil. Biz burada birləşdiririk, öyrədirik və birgə inkişaf edirik.
Əsas məqsədimiz - biznes əlaqələrini genişləndirmək, əməkdaşlıqları möhkəmləndirmək və qarşılıqlı dəstək mühiti formalaşdırmaqdır.

Platformanız hansı istiqamətlərdə fəaliyyət göstərir?

Fariz Məmmədbəyov:
Networkstan həm networking tədbirləri, həm də praktik biznes dəstəyi ilə fərqlənir.
Biz sahibkarlara Özbəkistanda və regionda biznes aparmaq üçün tam xidmət paketi təklif edirik:
Şirkət qeydiyyatı və hüquqi dəstək,
Mühasibat və gömrük xidmətləri,
Vəkil və konsaltinq məsləhətləri,
Bazar araşdırmaları və biznes analitikası.

Loğman Məmmədov:
Həmçinin üzvlərimiz üçün mütəmadi olaraq təlimlər, seminarlar və biznes görüşləri təşkil edirik. Hər görüşdə əsas məqsədimiz - üzvlər arasında etibar, əməkdaşlıq və yeni imkanlar yaratmaqdır.

Networkstan-ın açılış mərasimi haqda danışardınız.
Fariz Məmmədbəyov:
Platformamızın təntənəli açılış mərasimi 29 sentyabr 2025-ci il tarixində baş tutdu. Tədbir həm yerli, həm də xarici iş dünyasının nümayəndələrinin iştirakı ilə böyük maraqla qarşılandı.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Quliyevin tədbirdə iştirakı bizim üçün böyük qürur idi. Onun çıxışı Networkstan-ın iki qardaş ölkə arasında körpü rolunu təsdiqlədi.

Loğman Məmmədov:
Bundan başqa, Özbəkistanda 25 ildən artıq uğurlu fəaliyyəti ilə tanınan Nazim bəy, həmçinin Azərbaycandan gələn PhD Sakit Səmədov da tədbirdə çıxış edərək maraqlı fikirlər bildirdilər.
Bu, açılışımıza həm mənəvi, həm də peşəkar dəyər qatdı.

Kimlər sizə bu yolda dəstək oldu?

Fariz Məmmədbəyov:
Açılış tədbirimizin uğurlu alınmasında dəstək olan bütün sponsor və tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk:

Evro Marka - Cavid bəy və Elsəvər bəyə,

NGM Group - Nazim bəy Musazadəyə,

Tort Royal - Mahmud bəyə,

Destec Group - Mürşid bəyə,

Logi Group - Tural bəyə.

Loğman Məmmədov:
Bu adlar sadəcə sponsor deyil, Networkstan ideyasına inanan və onu dəstəkləyən dostlardır. Biz bu əməkdaşlıqları gələcəkdə daha da genişləndirmək niyyətindəyik.

Networkstan digər platformalardan nə ilə fərqlənir?

Fariz Məmmədbəyov:
Bizim əsas fərqimiz - real nəticələrə yönəlmiş networking mədəniyyəti yaratmağımızdır. Burada hər görüş, hər əlaqə konkret məqsədə xidmət edir.

Loğman Məmmədov:
Networkstan bir cəmiyyət kimidir - burada tanışlıqla bitmir, əməkdaşlıqla davam edir. Biz üzvlərimizi bir-biri ilə tanış etdikdən sonra onları birgə layihələrə yönləndirir, real nəticə əldə etmələri üçün şərait yaradırıq.

Gələcək planlarınız nələrdir?

Fariz Məmmədbəyov:
Qısa zamanda Networkstan-ı Azərbaycan və Özbəkistan arasında strateji biznes platformasına çevirmək əsas hədəfimizdir.

Loğman Məmmədov:
Eyni zamanda yaxın aylarda Networkstan Forum 2026 adlı beynəlxalq tədbir keçirməyi planlaşdırırıq. Bu forumda region ölkələrindən iş adamları bir araya gələcək və yeni tərəfdaşlıqlar qurulacaq.

Son olaraq, üzvlərinizə və tərəfdaşlarınıza nə demək istərdiniz?
Fariz və Loğman Məmmədovlar (birgə cavab):
Networkstan-ın uğuru hər bir üzvümüzün fəaliyyətinə bağlıdır.
Bizim üçün Networkstan sadəcə bir layihə deyil - bu, birlik, etibar və inkişafın platformasıdır.
Biz birlikdə böyüyür, birlikdə gələcək qururuq.

📸 Şəkil: Networkstan Qala Gecəsi - 29 sentyabr 2025, Daşkənd.
Həmtəsisçilər Fariz Məmmədbəyov və Loğman Məmmədov tədbir zamanı çıxış edərkən.

Networkstan - biznes dünyasında yeni körpüNetworkstan - biznes dünyasında yeni körpü


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 923   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.