Evlənənlərin yaş fərqi: Qadın kişidən böyük olanda niyə qınanılır?
Evlənən cütlüklərin yaş fərqi həmişə müzakirə mövzusu olub. Bəzi ölkələrdə kişi və qadın arasındakı yaş fərqinin ailədaxili münasibətlərə təsir edəcəyi baxımından yolverilməz hesab edilir. Xüsusilə, qadının kişidən böyük olduğu hallar daha çox qınanılır. Azərbaycanda da bu belədir.
Bu barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, son dönəmlər kişilərin özlərindən gənc xanımla evləndikləri hal çoxalıb:
"Artıq elə bir həddə çatıb ki, kişilər nəinki qızı, hətta nəvəsi yaşda bir xanımla evlənirlər.
Qadındansa bunu soruşanda məntiq evliliyi etdiyini, gələcəyini zəmanətə aldığını deyir. Çox qızlar var idi ki, xarici ölkəyə varlı kişinin arxasınca getdilər, amma sonra canlarını o insandan qurtarmaq üçün dövlətdən dəstək istədilər.
Ümumiyyətlə, pula görə hər hansı insanla, xüsusilə, yaşlı insanla ailə qurmaq olmaz. Bizim ataların bir sözü var: qocaya gedən quyruq yeyər, cavana gedən yumruq. Bu deyim qəbul olunmazdır".
O bildirib ki, qadın da kişidən, kişi də qadından böyük ola bilər:
"Bunların hər ikisinin arasında 5 yaş fərq ola bilər. Daha çox yaş həddi digər problemlərə yol aça bilər. Qadın həyat yoldaşınızdan 10-15 yaş böyük olursa, bu, qadının erkən qocalmasına gətirib çıxarır. Hardasa bir-biri ilə yola gedə bilirlər. Amma kişi qadından daha çox böyük olarsa, qadın xəyanətə daha çox meyilli olur. Çünki cinsi tələbatını müəyyən yaşdan sonra ödəmir və yaxud aşağı yaşda evlənir, böyüyür və hər şeyi dərk edəndə başqasını sevməyə başlayır.
Sovetlər dönəmində 10-12 yaş böyük olan insanlarla kişilər ailə həyatı qurardı. Amma indi kişilər özündən böyük biri ilə evlənəndə həmin paylaşıma gələn rəyləri oxuyanda dəhşətə gəlirəm. Yazırlar ki, qadının pulu var deyə, onunla evlənib, qadının üstünə hücum çəkirlər. Nə var ki o qadın özündən 12 yaş balaca oğlanla ailə qurub. Kişi özündən 12 yaş biri ilə ailə qura bilir, amma qadın 4-5 yaxud 15 yaş balaca biri ilə evlənə bilmir".
O, deyib ki, bəzi ailələrdə də uşaqları, gəncləri belə böyüdürlər:
"Amma bu doğru deyil. Sevgi yaşa baxmır, bəzən biz özümüzdən 5,8 yaş böyük birini sevə bilərik. Amma mən psixoloq olaraq məsələhət görərəm ki, arada yaş fərqi 5-i keçməsin. Çünki sonra qadın gənc qalır, kişi isə yaşlanır, qadın gəzmək, əylənmək istəyir, kişinin isə buna həvəsi olmur. Amma bu təbii ki, hər bir kəsə aid deyil. Elə şəxslər var ki, çox həvəslidi, özündən kiçik biri ilə ayaqlaşa da bilir. Yenə deyirəm ki, qız böyük olanda ayıb, etik olmayan sözlər yazırlar.
Amma cəmiyyət bunu normal qəbul eləməlidir. Kişi qadından böyük olduğu kimi qadın da kişidən böyük ola bilər".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1054 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168