WhatsApp istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK - iPhone-larda...
"Meta" şirkəti rəsmi şəkildə təsdiqləyib ki, "WhatsApp" tətbiqi iOS əməliyyat sistemində "Live Photo" funksiyasını dəstəkləməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, son günlər bəzi istifadəçilərin fərqinə vardığı bu yenilik animasiyalı fotolarla paylaşma imkanı yaradır.
Meta-nın rəsmi açıqlamasında son aylarda tətbiqə əlavə edilmiş bir sıra funksiyalar sadalanıb. Buraya iOS-da "Live Photo" və Android-də "Motion Photos" dəstəyi daxildir.
İstifadəçilər belə fotonu göndərdiyi və ya qəbul etdiyi zaman şəkil qısa müddət animasiya olunur və iOS-un standart albomundakı davranışı təqlid edir. Belə şəkillərdə sol yuxarı küncdə "Live Photo" göstəricisi olur. Onlara kliklədikdə çəkiliş zamanı yazılmış səs də səslənir.
Animasiyalı fotoların dəstəyi ilə yanaşı, "Meta" digər yenilikləri də vurğulayıb. Artıq istifadəçilər "Meta AI" vasitəsilə çatlarda fərdiləşdirilmiş mövzular yarada bilərlər. "Fearless Bird" və "Vacation" kimi yeni stiker dəstləri də təqdim olunub.
Qruplarda axtarış imkanları da yaxşılaşdırılıb: indi çat siyahısında qrup üzvlərindən birini tapmaqla onunla ortaq olduğunuz bütün qrupları görmək mümkündür.
Android istifadəçiləri isə sənədləri birbaşa tətbiqdən skan edib, kəsib və göndərə bilirlər. Bundan əlavə, "Meta AI" indi videozənglər üçün unikal fonlar, eləcə də birbaşa çatlarda çəkilmiş foto və videolar üçün xüsusi arxa planlar yaratmağa imkan verir.
"Live Photo" dəstəyinə gəlincə, qeyd olunur ki, funksiya hələ də tədricən istifadəyə verilir. Bəzi iOS istifadəçiləri bildirirlər ki, hazırda yalnız belə fotoları qəbul edə bilirlər, lakin göndərmək imkanı hələ aktiv olmayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 690 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏl ilə yazmaq yaddaşı gücləndirir
Telefon və kompüterdən istifadə həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, qeydləri qələm və kağızla yazmağın beyin üçün mühüm faydaları olduğu bildirilir. Axşam.az xəbər verir ki, mütəxəssislərə görə, əl ilə yazmaq klaviaturada yazmaqdan daha yavaş olduğu üçün insana fikirlərini daha şüurlu şəkild
19.09.2026 201 65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13.09.2026 328 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 210 Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13.09.2026 354 Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16.09.2026 325 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 209 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 276 Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19.09.2026 296 Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
20.09.2026 216