Körpələr artıq bioloji analarsız da doğula biləcək - Yeni SENSASİYALI TAPINTI

Körpələr artıq bioloji analarsız da doğula biləcək - Yeni SENSASİYALI TAPINTIYaxın gələcəkdə körpələr bioloji analarsız da doğula bilərlər, çünki alimlər insan yumurta hüceyrələrini dəri hüceyrələrindən yaratmağın yolunu tapıblar. Bu metod kişinin dəri hüceyrələrindən götürülən DNT-ni donor yumurta hüceyrəsinə yerləşdirməyə imkan verir, daha sonra isə o, başqa bir kişi tərəfindən mayalandırılır. Bəzi insanlar üçün bu xəbər elmi irəliləyişdir, digərləri üçün isə, yumşaq desək, bir az qəribə görünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, teorik olaraq bu, qadın DNT-sindən istifadə etmədən uşaq mayalandırmağa imkan verə bilər. Bu irəliləyiş həmçinin yumurta hüceyrələri ilə bağlı problemlər yaşayan qadınlara öz genetik övladlarını dünyaya gətirməyə kömək edə bilər.

Klinik sınaqlara başlamazdan əvvəl təhlükəsizlik və effektivliyi təmin etmək üçün əlavə araşdırmalar tələb olunsa da, mütəxəssislər bu xəbəri "əhəmiyyətli nailiyyət" adlandırıblar.

"Bir çox qadın müxtəlif səbəblərdən, o cümlədən xərçəng müalicəsindən sonra yumurta hüceyrələrini itirdiklərinə görə ailə qura bilmir", — deyə Edinburq Universitetinin MRC Reproduktiv Sağlamlıq Mərkəzinin direktor müavini, araşdırmada iştirak etməyən professor Riçard Anderson bildirib.

Andersonun sözlərinə görə, yeni yumurta hüceyrələri yaratmaq bacarığı əhəmiyyətli nailiyyət olar:

"Bu tədqiqat göstərir ki, dəri hüceyrələrindən genetik material lazımi xromosom sayına malik yumurta hüceyrəsinə bənzər hüceyrə yaratmaq üçün istifadə oluna bilər. Bu hüceyrə mayalanaraq erkən embriona çevrilir. Təhlükəsizliklə bağlı çox ciddi narahatlıqlar olacaq, amma bu araşdırma bir çox qadına öz genetik övladlarını dünyaya gətirməkdə kömək etmək yolunda mühüm addımdır".

Bəzi hamilə qalmağa çalışan qadınlar üçün in vitro mayalanma (EKO) variantlardan biri ola bilər. Bu müalicə zamanı yumurta hüceyrələri laboratoriyada sperma ilə mayalanır, sonra yaranmış embrion qadının uşaqlığına yerləşdirilir.

Lakin, əgər problemin özü yumurta hüceyrəsindədirsə, EKO effektiv olmaya bilər.

Əvvəlki araşdırmalar alternativ yanaşmanın "somatik hüceyrə transplantasiyası" adlanan metod ola biləcəyini göstərib. Bu proses zamanı xəstənin öz somatik hüceyrələrinin (məsələn, dəri hüceyrəsi) nüvəsi götürülərək, nüvəsi çıxarılmış donor yumurta hüceyrəsinə köçürülür. Bu, hüceyrənin funksional yumurta hüceyrəsinə diferensiasiyasına imkan verir.

Lakin standart yumurta hüceyrələrində normal xromosom sayının yarısı (23) olduğu halda, dəri hüceyrələrindən əldə edilən hüceyrələrdə iki dəst xromosom (46) olur. Əlavə müdaxilə olmadan diferensiasiya olunmuş yumurta hüceyrələri artıq bir xromosom dəstinə sahib olardı.

Hazırda bu əlavə dəstin çıxarılması üsulu siçanlarda işlənərək hazırlanıb və sınaqdan keçirilib, lakin hələ insanlarda sınanmayıb.

Yeni araşdırmada komanda bu problemi "mitomeyoz" adlandırdıqları prosesi tətbiq etməklə həll edib. "Mitomeyoz təbii hüceyrə bölünməsini təqlid edir və nəticədə xromosom dəstlərindən biri atılır, funksional gamet qalır", — deyə alimlər izah ediblər.

Sınaqlar zamanı tədqiqatçılar 82 funksional yumurta hüceyrəsi əldə edə biliblər və onlar laboratoriyada mayalandırılıb. Onlardan təxminən 9 faizində blastosist - embrional inkişaf mərhələsi yaranıb.

Lakin alimlər blastosistləri bundan sonra, adətən EKO prosedurunda uşaqlığa köçürülmə vaxtı ilə üst-üstə düşən mərhələdən sonra, inkişaf etdirməyiblər.

Qeyd edilir ki, əldə olunan nəticələr yumurta hüceyrələri ilə problemləri olan qadınların öz genetik övladlarına sahib ola biləcəyi ümidverici imkanlardan xəbər verir. Bununla belə, ekspertlər araşdırmada bir sıra məhdudiyyətlər olduğunu vurğulayırlar.

Əsas məqam ondan ibarətdir ki, halların əksəriyyətində (91%) inkişaf mayalanmadan irəli getməyib. Üstəlik, bir neçə blastosistdə xromosom anomaliyaları aşkarlanıb.

Buna baxmayaraq, mütəxəssislər nəticələri "konsepsiyanın həyəcanverici sübutu" adlandırıblar.

"Mitomeyoz adlanan bu irəliləyiş konsepsiyanın doğruluğunun həyəcanverici sübutudur", deyə Sauthempton Universitetinin reproduktiv tibb üzrə professoru İn Çonq şərh edib:

"Praktikada həkimlər getdikcə daha çox insanla qarşılaşırlar ki, onlar çox vaxt yaşa və ya xəstəliklərə görə öz yumurta hüceyrələrindən istifadə edə bilmirlər. Bu hələ çox erkən laboratoriya işidir. Lakin gələcəkdə sonsuzluq və uşaqsalmama hallarını anlamağımızı dəyişə, həmçinin bəlkə də bir gün öz yumurta yaxud sperma hüceyrələrinə bənzər hüceyrələrin yaradılmasına yol aça bilər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 695   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.