Faciəvi şəkildə ölən müğənninin övladlarından ŞOK AÇIQLAMALAR – "Anamızın məzarını ziyarət edə bilmirik, çünki..." - VİDEO
Yalovadakı evinin eyvanından yıxılaraq həyatını itirən "Güllü" kimi tanınan müğənni Gül Tutun ölümü ilə bağlı övladları Tuğberk Yağız və Tuğyan Ülkem Gülter ifadə verib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Yalova Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məhkəməyə gələn Tuğberk Yağız, Tuğyan Ülkem və hadisə zamanı evdə olan Sultan Nur Ulu vəkilləri ilə birlikdə izahat veriblər.
Təxminən 5 saat davam edən ifadəalma prosesində Yalova baş prokuroru Duygu Bayar Öksüz şəxsən iştirak edib. Proses zamanı Güllünün övladları və Ulu hadisə günü baş verənləri izah ediblər.
Sənətçinin oğlu həmin gün İstanbulda olduğunu bildirib. Bacısının zəngindən sonra Çınarcığa gəldiyini deyib.
Müğənninin qızı Tuğyan Ülkem Gülter isə hadisə günü evin salonunda birlikdə əyləndiklərini, gözəl bir axşam keçirdiklərini, daha sonra otaqlarına çəkildiklərini və anasının yanlarına gəldikdən sonra faciənin baş verdiyini söyləyib.
Güllünün övladları daha sonra jurnalistlərin suallarını cavablandırıblar.
Tuğberk Yağız Gülter deyib:
"Türkiyəyə səslənirəm. Bizə acımızı yaşamağa imkan vermədiniz. Bizə iftira atdınız. Siz anamın mahnıları ilə ağladınız, amma bizə ağlamağa imkan vermədiniz, əksinə, süründürdünüz. Kamera tutan, mikrofon uzadan, şərh yazanların heç birinin anası ölmədi? Səsimizi niyə eşitmirsiniz? Bizim göz yaşımıza niyə şərik olmursunuz? Daha anamın məzarını ziyarət belə edə bilmirik. Hər kəs orada toplaşdığı üçün anamın məzarına sarılıb ağlaya bilmirik".
Tuğyan Ülkem Gülter isə bildirib:
"Haqqımı halal etmirəm. Əminəm ki, anam da danışanlara haqqını halal etməyib. Onlar anamın sümüklərini sızlatdılar. Onsuz da hər şey aydındır, amma bizə acımızı belə yaşamağa imkan vermədilər".
Qeyd edək ki, 51 yaşlı müğənni Gül Tut sentyabrın 26-da Çınarcıkdakı evinin eyvanından yıxılaraq həyatını itirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637