Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar

Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarÖtən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında "3:0" adlı solo konserti baş tutub.

BiG.AZ xəbər verir ki, Heydər Əliyev Sarayının qapıları açılan andan içəriyə axışan izdihamlı tamaşaçı ordusu axın edib. Sarayın dəhlizlərində foto çəkdirənlər, mahnıları zümzümə edənlər, illərdir dillərdə dolaşan hitlərini canlı dinləməyə gələn izləyicilərin coşqusu diqqət çəkib.
Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb:

"Həyəcanlı, sürprizli, bol əyləncəli bir konsert olacaq. Aylardır hazırlaşıram. 200 nəfərlik komanda hazırlaşıb. 20 hit manhnı səsləndirəcəyəm. Hazırlıqlar dövründə səhnəni bölüşəcəyim ulduzları açıqlamadım ki, sırf biletləri Muradsevərlər alsın. İndi açıqlaya bilərəm.
Xalq artisti Röya Ayxanla iki duetimiz olacaq. Reper Ramil Nabranla da səhnəni bölüşəcəyik. Bu gecə həm əylənəcəyik, həm kövrələcəyik".

"Bakı gözyaşlarına inanmır" mahnısı ilə konsertə start verən sənətçi gecəyə qəmgin notlarla başlayıb. Aylardır 200 nəfərlə hazırlaşdığı konsertin ssenarisində Murad Arif dəyişiklik edib.
Qonaqları salamlayan HITMAKER konsertində bir gün əvvəl vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinə başsağlığı verib. O, həmçinin millət vəkili Qənirə Paşayeva, Aygün Bəylər, Rəhim Rəhimli, Oqtay Əliyev və Azər Baxşəliyevin də adlarını çəkərək onların xatirəsini ehtiramla anıb.
"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək"-, sənətçi öz vəfa borcunu yerinə yetirib.
Murad Arifin sənət dostlarından danışarkən kövrəlməsi diqqətdən qaçmayıb.

Gecədə duet ortaqları da Muradı tək qoymayıb və səhnəyə Xalq artisti Röya Ayxan çıxıb. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Murad bildirib ki, Röyaya yeni hit təqdim edib və sözügedən mahnı Röya Ayxanın konsertində səslənəcək.

Konsert sosial mesajlarsız da ötüşməyib. "Qızım" mahnısını səsləndirmədən öncə sənətçi selektiv abortlara diqqət çəkiblər. O, atalardan səslənərək qzılarını xüsusi qayğı ilə sevmələrini istəyib:
"Hələ də selektiv abortlar yaralı yerimizdir. Heç bir qadın cinsiyyətinə görə övladını tələf etmir. Adətən atalar qız övladı deyil, oğlul istəyirlər. Selektiv abortların artmasına səbəb budur. Atalar, gəlin, qzlarımızı çox sevək. Onların daim bizim sevgimizə ehtiyacı var".

Daha sonra "Oğlum" mahnısını ifa edən ulduz oğluna sevgisini də bildirib.

Konsert zamanı Murad Arifin uşaqlıq illərindəbəhs edən video-şarx təqdim olunub. Görüntülərdə sənətçinin fərqli düşüncəyə sahib olduğu üçün təklik yaşadığını, dostlarının onu anlamadığı qeyd olunub. Daha sonra səhnəyə müğənni ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri çıxıb. Onlar birlikdə "Fərqliyəm" mahnısını səsləndirib.

"Dondurma", "Mənə Sən Lazımsan", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!" mahnılarını ard-arda ifa edən sənətçi səhnəni reper Ramil Nabranla bölüşüb.

Konsert zamanı iki kostyum dəyişən HITMAKER geyimlərinin özəl olaraq onun üçün hazırlandığını, svarovski daşlarla bəzədildiyini hətta konsertə görə 5 kilo çəki itirdiyi deyib.

Anşlaq və alqışlarla keçən konsertin sonunda tamaşaçılar Murad Arifi zaldan buraxmaq istəməyib. Saray alqış sədaları ilə çalxalanıb. Murad Arif həm musiqisi, həm verdiyi mesajlar, həm də səmimiyyəti ilə tamaşaçılarına unutulmaz bir axşam bəxş edib.
Bütün biletlərin satıldığı gecə Murad Arifin nə qədər sevildiyini bir daha sübut edib.
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 779   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.