Üzeyir Hacıbəylini valeh etdi, həyat yoldaşlarını faciələrlə itirdi, qızına görə bir daha oxumadı – Şövkət Ələkbərovanın həyatı - VİDEO

Üzeyir Hacıbəylini valeh etdi, həyat yoldaşlarını faciələrlə itirdi, qızına görə bir daha oxumadı – Şövkət Ələkbərovanın həyatı - VİDEOŞövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Onun musiqiyə marağı kiçik yaşlarından formalaşıb. Bu maraq onu 12 yaşında musiqi məktəbinin kamança sinfinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifa etdiyi zərb alətindən ibarət xalq üçlüyü yaranıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1937-ci ildə, 15 yaşında ikən musiqi müsabiqəsinə qatılır. Onun ifası o qədər təsirli olur ki, Üzeyir Hacıbəyov və Bülbül kimi böyük sənətkarlar istedadını yüksək qiymətləndirirlər. Opera Teatrında keçirilən yekun konsertdə "Qarabağ şikəstəsi"ni səsləndirərək ən yaxşı üçlük arasında yer alır. Bu nailiyyət Şövkət Ələkbərovaya peşəkar musiqi yoluna qədəm qoymaq imkanı verir.

1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Şövkət Ələkbərova SSRİ məkanının bir çox şəhərlərində, həmçinin Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə uğurlu çıxışlar edib. Məlahətli səsə sahib olan sənətkarın repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, Orta Şərq mahnıları da yer alırdı.

Xanəndə iki dəfə ailə həyatı qurub. İlk evliliyindən Natella adlı qızı dünyaya gəlib. Qızının atası hərbi həkim olub, cəbhəyə yollanıb və geri dönməyib. Lakin Şövkət xanım müharibədən əvvəl ondan ayrılıb və qızı ilə birlikdə yaşayıb. Məlumata görə, boşanmanın əsas səbəbi ərinin həddindən artıq qısqanclığı olub. Onun ikinci nikahı tanınmış rejissor Lətif Səfərovla baş tutub. Bu evlilikdən Bəşir adlı oğulları doğulub. Təəssüf ki, Lətif Səfərov bir müddət sonra intihar edib.

Şövkət Ələkbərova gələcək gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb və bəyənib. Oğluna qızı göstərərək deyib ki, "Bu qız mənim cavanlığıma oxşayır".

Şövkət xanımın ilk evliliyindən olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən vəfat edib. Qızının itkisi ilə dərindən sarsılan Şövkət Ələkbərova bundan sonra çox yaşamayıb. O, Natellanın ölümündən sonra bir daha mahnı oxumayıb.

Deyilənə görə, Şövkət xanım qızının itkisi ilə bağlı kədərini yeni doğulan nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyar və belə deyərdi: "Mənim ömrümə az qalıb, qoyun balama doyunca lay-lay deyim".

1945-ci ildən Filarmoniyanın solisti kimi fəaliyyətə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar və bəstəkar mahnıları Azərbaycanda böyük şöhrət qazanıb. "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmləri üçün Tofiq Quliyevin yazdığı mahnılar onun ifasında xalqın dilinin əzbərinə çevrilib. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını da məhz Şövkət Ələkbərova ifa edib. Bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində onun oxuduğu "Məni candan usandırdı" romansı tamaşaçıların qəlbinə yol tapıb. Emin Sabitoğlunun "Şirin dil" mahnısı isə müğənninin repertuarında xüsusi yer tutub.

Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib. Gəlininin sözlərinə görə, Şövkət xanım son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.

O, vəfatından əvvəl son müsahibəsini Rafiq Hüseynova verərək deyir: "Hər kəsin həyatında çətinliklər olur, mənim də olub. Amma bütün bunlara rəğmən özümü xoşbəxt insan sayıram"./Ölkə.az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 901   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.