Nadir Qafarzadə: "Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır"
Müğənni Almaxanım Əhmədlinin yeni "Ürəyim" klipi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin həyat yoldaşı ilə kamera qarşısına keçməsi izləyicilərin bir qisminin xoşuna gəlsə də, digərləri onu tənqid atəşinə tutublar.
Şərhlərdə müğənninin əvvəlki "ağır obrazını" itirdiyi, getdikcə şou-biznesə daha çox qarışdığı vurğulanır. Xüsusilə, onun şəxsi həyatını tez-tez gündəmə gətirməsi bəzi izləyicilərdə narazılıq doğurub.
Maraqlıdır, sənətçinin bu qədər sərt reaksiyalara tuş gəlməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə bildirib ki, burada təəccüblü heç nə yoxdur:
"Burda nə var ki? Nə camaatın ərini əlindən alıb, nə də ailəsini dağıdıb. Öz ailəsidir, paylaşır. Burada qəribə heç nə yoxdur. Əyri-əskik fikir səsləndirən hər kəs girsin "TikTok"a orada baş verənlərə münasibət bildirsin. Orda olanları qınasınlar. Sosial şəbəkələrdə tərbiyəsizlik, əxlaqsızlıq baş alıb gedir. Almaxanım halalca həyat yoldaşı ilə klip çəkdirib. Nə edib ki? Cəmiyyətə təqdim etdiyi də öz ailəsidir, öz övladıdır. Yaxşı şeyi göstərmək, təqdim etmək lazımdır. Nümunəvi ailələrin təbliğ olunmasında qəbahətli heç nə yoxdur. O qızın sənəti də var, abır-həyası da. Bunu sadəcə alqışlamaq lazımdır".
Sənətçi həmçinin əlavə edib ki, Almaxanımı tənqid edənlərin əksəriyyəti xoşbəxt insanları qəbul edə bilmir:
"Üzr istəyirəm, gedib ora-burasını göstərənlərə, ev dağıdanlara, özünü açıb-buraxanlara, pozğunluğu təbliğ edənlərə elə xoş sözlər yazırlar ki, adam mat qalır. Onlarla bunu müqayisə edib görsünlər ki, fərq nədədir. Paxıllar onsuz da hər zaman olub. Tənqid edənlər də pis söz yazmaq üçün bəhanə axtaranlardır. Bu da hər zaman olacaq. Həmin insanlar xoşbəxt olan adamları qəbul etmirlər. Gözləri yaxşı şeyləri götürmür. Onlar tənqid adı altında təhqir etməklə məşğuldurlar. Özləri xoşbəxt olmadıqları üçün digərlərinin bədbəxtliyinə sevinirlər. Almaxanım da ailəsinin yanında, ağlı başında olan qızdır. Gözəl də sənəti var. Oturuşunu, duruşunu bilən biridir. Özü də yaxşı ailənin qızıdır. O pis nəyisə təbliğ edə bilməz. Mənfi düşüncədə olan insanlar hər yerdə var, hər zaman da olacaqlar".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271