Evli cütlüklərin psixoloqlara müraciəti artıb - Ailədaxili problemlərə səbəb nələrdir?

Evli cütlüklərin psixoloqlara müraciəti artıb - Ailədaxili problemlərə səbəb nələrdir?Son dövrlərdə boşanma ərəfəsində olan cütlüklərin psixoloqa müraciəti artıb və bu müraciətlər nəticəsində onların təxminən iyirmi faizi boşanmaq fikrindən daşınıb. Ekspertlər qeyd edirlər ki, bu, çox ciddi və ümidverici göstəricidir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 10 350 boşanma qeydə alınıb. Statistikaya görə, 2025-ci ilin ilk yarısında ölkədə nikahların sayı artıb, boşanmalar isə azalıb. Əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2.1-dən 2.0-a düşüb. Ümumiyyətlə, boşanmaların kökündə nə dayanır? Hansı faktorlar bu azalmaya təsir edir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ailə modeli ilə bağlı təsəvvürlər yenilənib"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova bildirir ki, bu gün cəmiyyətlərin bir-birinə inteqrasiyası fonunda ideal ailə modeli ilə bağlı təsəvvürlər yenilənib: "Artıq ailəyə yanaşmanın daha müstəqil aspektdə varlığını müşahidə edirik. Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan, burada fərqli baxışların mövcudluğu labüddür. Çünki həyatın və birgəyaşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki mümkün deyil. Bu baxış və yanaşmalardakı fərqlər problemlərin yaranmasına səbəb olur. Başqa sözlə desək, belə intensiv qarşılıqlı münasibətlər zəminində mübahisələr, münaqişələr qaçılmazdır".

Stresə dayanıqlılıq, emosional sabitlik, sosial şəbəkədən asılılıq

Komitə rəsmisi bildirir ki, ailədə ünsiyyət problemləri qaçılmaz olsa da, bunları sağlam və konstruktiv şəkildə həll etmək mümkündür: "Aktiv dinləmə, empatiya, hisslərin açıq ifadəsi və mütəmadi müzakirələr ailədə möhkəm bağların və emosional yaxınlığın əsasını təşkil edir. Bu gün ailə institutuna təsir edən problemlərin əsasında insanların ailə institutuna münasibətindəki dəyişən yanaşması, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Cəmiyyət həyatında baş verən yeniliklər bütün dövrlərdə olduğu kimi müasir dövrdə də ailənin məqsədlərinə, yaşam tərzinə, ümumilikdə birgəyaşayış prinsiplərinə təsirini göstərir. Müasir ailə modelində stresə dayanıqlılıq, tərəflərarası emosional sabitlik və problemi həll etmə bacarığının getdikcə azalması, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili problemlərə və ailə institutunun zəifləməsinə gətirib çıxardan əsas amillərdəndir".

Mediada işıqlandırılan ailə modeli

Həmsöhbətimiz deyir ki, bu gün informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin insan həyatına daxil olması gənclər arasında intellektual səviyyənin artmasına, onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərsə də, bəzən sadalanan amillər ailədə ənənəvi bağlılığın zəifləməsinə səbəb olur: "Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Ailədaxili münasibətlərdə boşluqların aradan qaldırılması, bir çox neqativ halların profilaktikası, ailə üzvlərinin sağlamlığının qorunması üçün ailələrin maarifləndirilməsi, mədəni-estetik inkişafı və onlar arasında müsbət stereotiplərin təbliği önəmlidir. Bu gün mediada işıqlandırılan ailə modeli geniş auditoriyanın təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradaraq, cəmiyyətdə müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır".

Maarifləndirici layihələr, sorğular, təhlillər...

Boşanmaların azalmasına gəldikdə isə, L.Mahmudova bildirir ki, statistik göstəricilər daim yenilənir və zamanla dəyişir. Hazırda nikah və ya boşanma hallarının artması və ya azalması barədə fikir söyləmək tezdir: "Lakin ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir və maarifləndirici işlərin gücləndirilməsinə xüsusi önəm verilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində çoxşaxəli və genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərə valideyn-övlad münasibətlərinin sağlam şəkildə inkişafı, ailədaxili sosial-mənəvi məsuliyyətin artırılması, ailədə sağlam psixoloji mühitin təmin olunması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi daxildir. Eyni zamanda, müasir dövrün neqativ tendensiyalarının qarşısının alınması məqsədilə maarifləndirici layihələr reallaşdırılır, sorğular, araşdırmalar və təhlillər aparılır. Əldə olunan nəticələr əsasında isə məqsədyönlü addımlar atılır. İctimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında hazırlanan sosial çarxlar və nəşr olunan maarifləndirici vəsaitlər xüsusi əhəmiyyət kəsb edir".

"İyirmi faiz ailə boşanmaq fikrindən daşınıb"

Sosioloq Nailə İsmayılova düşünür ki, boşanmaların sayının azalması qanunvericilikdə edilən dəyişikliklərlə bağlıdır: "Ailə Məcəlləsinə edilən dəyişikliklər artıq cəmiyyətə təsir etməyə başlayıb. Eyni zamanda nikah yaşının qanunla aşağı salınmasına verilən imkanın aradan qaldırılması da bu prosesə təsir edib. Erkən nikahlarla daha ciddi mübarizə, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə olunan müddəalar, eləcə də yaxın qohumlar arasında nikahın qadağan olunması bu göstəricilərə təsir edən əsas səbəblərdir".

Sosioloqun sözlərinə görə, hüquqi dəyişikliklər yalnız erkən və riskli nikahların qarşısını almaqla kifayətlənmir, eyni zamanda artıq ailə quran insanların da evliliyə məsuliyyətli yanaşmalarına səbəb olur: "Bu dəyişikliklər və ümumi ictimai maariflənmə tendensiyası ailə qurmaq istəyənlərin daha dərindən düşünərək münasibətə daxil olmalarına şərait yaradır. Bundan əlavə, son dövrlərdə boşanma ərəfəsində olan cütlüklərin psixoloqa müraciəti artıb və bu müraciətlər nəticəsində onların təxminən iyirmi faizi boşanmaq fikrindən daşınıb. Bu, çox ciddi və ümidverici göstəricidir".

Sosial şəbəkələrə nəzarət

Mütəxəssis vurğulayır ki, boşanmaların azalmasında sosial şəbəkələrə nəzarət və maarifləndirmə tədbirləri mühüm rol oynayır: "Boşanma səbəbləri arasında sosial şəbəkələrin təsiri hər zaman vurğulansa da, son dövrlərdə aparılan müşahidələr göstərir ki, bu platformalara nəzarətin artması boşanmalara müəyyən qədər təsir edib. Bu tədbirlər yalnız boşanmaların deyil, qohum evliliklərinin, erkən nikahların və ailədaxili məişət zorakılığının qarşısının alınmasında da müsbət rol oynayıb".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 732   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.