Politoloq: "Pekin paraddakı mesajla yeni ittifaq deyil, çoxqütblü dünya qurmağa çalışır"

Politoloq: "Pekin paraddakı mesajla yeni ittifaq deyil, çoxqütblü dünya qurmağa çalışır"Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad geniş müzakirələrə səbəb olub. Xüsusilə Rusiya, Çin və Şimali Koreya liderlərinin bir araya gəlməsi Qərb tərəfindən yeni ittifaqın yaranması ehtimalı kimi qiymətləndirilib.

"Vaşinqton Post"un yazdığına görə, Rusiya, Çin və Şimali Koreyanın mümkün ittifaqı NATO və ABŞ-ın qlobal təsir imkanlarını zəiflədə bilər. Paralel olaraq, ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə yeni blok qurmaq planları gündəmdədir. ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə Cənubi Koreyaya səfəri də bu ehtimalları gücləndirir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, "Vaşinqton Post"un iddiaları maraqlı olsa da, tam reallığı əks etdirmir:
"Paradda Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen Inın iştirakı simvolik xarakter daşıyırdı. Çünki həmin dövrdə SSRİ və Koreya yarımadası Çinə Yapon militarizminə qarşı mübarizədə yardım göstərmişdi. Bu gün onların iştirakı ‘biz birlikdə döyüşdük, birlikdə qələbə qazandıq’ mesajıdır. Lakin bu, NATO tipli hüquqi öhdəliklərə əsaslanan klassik ittifaq anlamına gəlmir".
Politoloq: "Pekin paraddakı mesajla yeni ittifaq deyil, çoxqütblü dünya qurmağa çalışır"Politoloqa görə, tərəflər arasında münasibətlər daha çox taktiki maraqlara söykənir:

Rusiya Şimali Koreya ilə enerji və silah sahəsində əməkdaşlıq edir, eyni zamanda Çinin texnoloji dəstəyinə güvənir;

Şimali Koreya bu əlaqələrdən həm iqtisadi dəstək, həm də nüvə proqramına dolayı legitimlik qazanmaq üçün istifadə edir;

Çin isə bu iki ölkəni balanslayaraq Qərbə qarşı "geosiyasi tampon" kimi saxlamağa çalışır.

Rzayev hesab edir ki, Çin NATO və ya Aİ tipli yeni blok yaratmaq istəmir:
"Pekin daha çox çoxqütblü dünya nizamı qurmağa çalışır. Bu modelin üstünlüyü ondan ibarətdir ki, vahid blok əvəzinə müxtəlif alternativ ittifaqlar formalaşır və Qərbin təsir imkanları parçalanır. Qərbdə ‘dünya ikiyə bölünür’ kimi yanaşmalar mövcuddur, amma Şərq siyasəti fərqli işləyir: zəiflikləri üstünlüyə çevirmək və parçalanmış strukturlardan faydalanmaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 08 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 129
.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

10:47 139
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 158
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 135
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 164
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 151
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 90
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 102
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 118
.