Şahzadə Diananın son anlarında dediyi sözlər AÇIQLANDI

Şahzadə Diananın son anlarında dediyi sözlər AÇIQLANDIBöyük Britaniya şahzadəsi Diana həyatının son sözlərini təsadüfi bir insana - Parisdəki dəhşətli qəza yerinə ilk çatan xilasedicilərdən birinə deyib. Bu şəxs faciənin şahidi olmuş yanğınsöndürən Ksavye Qurmelon olub.

Oxu.Az bu barədə "Radar Online"a istinadla xəbər verir.

Bildirilir ki, hadisə yerinə çatan və peşəkar xilasetmə qrupunun üzvlərindən olan xilasedici qəzaya uğramış avtomobilin arxa oturacağında qalan Dianaya yaxınlaşan ilk insan olub.

"İlk dəfə görəndə o, ayıq idi, gözləri açıq idi. Mənim qarşımda kimin olduğunu dərhal anlamadım. Yalnız təcili tibbi yardım işçiləri onu maşına aparmağa başlayanda başa düşdüm ki, qarşımda dünyanın ən məşhur qadınlarından biri dayanıb", - deyə Ksavye illər sonra xatırlayıb.

Yanğınsöndürən şahzadənin son sözlərini də açıqlayıb: "Diana mənə baxaraq dedi: "İlahi, nə baş verdi?"

Onun sözlərinə görə, o Dianaya dərhal ürək masajı və süni nəfəs verib, nəticədə Diana yenidən nəfəs almağa başlayıb. Daha sonra təcili yardım maşını şahzadəni xəstəxanasya aparıb. Həkimlər gecəyarısı onun həyatını xilas etməyə çalışsalar da, səhər saat 4-də ölüm xəbəri rəsmən elan edilib.

Xatırladaq ki, 36 yaşlı şahzadə Diana 1997-ci il avqustun 31-də faciəli şəkildə həlak olub. Onun sevgilisi, 42 yaşlı Dodi Fayed və avtomobilin sürücüsü də qəzada həyatını itiriblər. Onların minik avtomobili Parisdə Pont de l'Alma tunelində divara çırpılıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1036   Tarix: 07 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yayın ən bərəkətli tərəvəzi: Kolundan DƏRDİKCƏ YENİSİ GƏLİR

Xiyarda yüksək məhsuldarlığın sirri təkcə suvarma və gübrələmə deyil. Mütəxəssislər yetişən məhsulların müntəzəm olaraq yığılmasının bitkinin yeni meyvə verməsini dəstəklədiyini bildirirlər. Düzgün yığım üsulu ilə yay boyu bol məhsul əldə etmək mümkündür. xəbər verir ki, xiyar becərilməsində yüksək məhsuldarlı

09.08.2026 317
.

Yastıqsız yatmaq niyə təhlükəlidir? - Nevroloqdan xəbərdarlıq

Yastıqsız yatmaq heç də hər kəs üçün uyğun deyil. bildirir ki, rusiyalı nevroloq Anastasiya Juravskaya " "ya müsahibəsində bununla bağlı xəbərdarlıq edib. Həkim yastıqsız yatmağın hansı insanlarda sağlamlıq problemlərinə səbəb ola biləcəyini izah edib. Anastasiya Juravskaya qeyd edib ki, dö

09.08.2026 249
.

Avqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız

Yay mövsümünün son ayı olan avqust meyvə və tərəvəz bolluğu ilə seçilir. Məhz bu dövrdə bir çox məhsul süni yetişdirmə üsullarına ehtiyac olmadan, təbii şəraitdə yetişərək bazarlara çıxarılır. Mövsümündə yığılan məhsullar həm daha dadlı, həm də vitamin və mineral baxımından daha zəngin olur. Mütəxəssislə

09.08.2026 542
.

330 metrlik asteroid Yerə yaxınlaşacaq - Toqquşma təhlükəsi yoxdur

Avqustun 10-da, Bakı vaxtı ilə səhər saat 04:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. xəbər verir ki, asteroid potensial təhlükəli obyekt kimi təsnif edilsə də, mütəxəssislər onun Yer üçün real toqquşma riski yaratmadığını açıqlayıblar. "2019 NY2" planetimizdən təxminə

08.08.2026 237
.

Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama

Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər. xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov TASS-a müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki

09.08.2026 279
.

Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər

Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir. xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonr

09.08.2026 323
.

Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi

Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib. xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb. Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentini

09.08.2026 444
.

Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir

İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə

06.08.2026 351
.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

08.08.2026 311
.

TOP MP3