Batareyanı öldürən səhv: Əksər insanlar telefonlarını bu cür doldururlar

Batareyanı öldürən səhv: Əksər insanlar telefonlarını bu cür doldururlarMütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları tam olaraq 100 faizədək şarj etmək düzgün deyil. Onların sözlərinə görə, bu vərdiş batareyanın ömrünü xeyli azaldır.

Lent.az xarici mediaya xəbər verir ki, texniki kontent direktoru Mark Patrikin açıqlamasına əsasən, əksər telefon batareyaları 500–800 tam şarj dövrünə tab gətirə bilir. Əgər cihaz hər gün tam doldurularsa, bu resurs iki ildən az müddətdə tükənir.

Ekspertlər bildirirlər ki, batareyanın ömrünü uzatmaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir. İlk növbədə, "qızıl diapazon" adlanan qaydaya diqqət yetirmək lazımdır. Telefonu yalnız 80 faizədək şarj etmək və onun 20 faizdən aşağı düşməsinə yol verməmək tövsiyə olunur.

Bundan başqa, mütəxəssislər enerji qənaəti rejimindən istifadə etməyi, səsli köməkçiləri deaktiv etməyi, həmçinin yalnız orijinal aksesuarlarla şarj etməyi məsləhət görürlər. Onların sözlərinə görə, ucuz və keyfiyyətsiz kabellər daxili sxemlərə zərər verə, batareyada nasazlıqlar yarada və təhlükəli nəticələrə səbəb ola bilər.

Eyni zamanda, telefonu şarj zamanı istifadə etməmək və onun həddindən artıq qızmasının qarşısını almaq vacibdir. Çünki istilik akkumulyatora ciddi ziyan vurur və onun tez sıradan çıxmasına gətirib çıxarır.

Beləliklə, mütəxəssislər hesab edirlər ki, smartfon batareyasının uzunömürlü olması üçün cihazın enerjisini daim 20–80 faiz aralığında saxlamaq ən doğru yanaşmadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 969   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.