TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verirQısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, rəqəmsal rifahı təmin etmək və istifadəçiləri dəstəkləmək məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verir. Yeniliklər üç əsas istiqaməti əhatə edir: yeniyetmələrin təhlükəsizliyi, kontent müəlliflərinə dəstək və cəmiyyətin etibarlı rəqəmsal mühitin yaradılmasında iştirakını təşviq etmək.
TikTok, istifadəçilərin ilham tapdığı, yaradıcılığını paylaşdığı, yeni imkanlar kəşf etdiyi təhlükəsiz və yaradıcı bir məkan formalaşdırmağa davam edir. Yeni funksiyalar təkcə təhlükəsizliyin təmin edilməsi məqsədi daşımır, eyni zamanda hər bir istifadəçinin özünü inamlı, sərbəst və güvənli hiss etdiyi şüurlu rəqəmsal mədəniyyətin formalaşmasına xidmət edir.

Yeniyetmələr və onların valideynləri üçün təhlükəsizlik

TikTok yeniyetmələrin platformadan təhlükəsiz və rahat istifadə etməsini təmin etmək məqsədilə 50-dən çox funksiyanı və tənzimləmə imkanını təqdim edir. Əlavə olaraq, avtomatik işləyən daxili təhlükəsizlik mexanizmlərindən başqa, platforma valideynlərə yeniyetmələrin ehtiyaclarına uyğun olaraq TikTok-u fərdiləşdirməyə kömək edən və artıq özünü doğrultmuş "Ailə tənzimləmələri" adlı valideyn nəzarəti alətini də təklif edir. Artıq bu alətə yeni imkanlar da əlavə olunub:

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• Yeniyetmə digər istifadəçilər üçün görünən video, hekayə və ya foto paylaşdıqda valideynə avtomatik bildiriş göndərilir. Bu, valideynlərə övladları ilə onun onlayn paylaşımları barədə vaxtında və müdaxiləsiz, təzyiq göstərmədən söhbət etmək imkanı yaradır.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• Yeniyetmənin (16–17 yaş) hansı məxfilik ayarlarını seçdiyini görmək imkanı: məsələn, digər istifadəçilərə onun videolarını yükləməyə icazə verilib-verilmədiyi, onun abunə siyahısının başqalarına açıq olub-olmadığı, hansı mövzuların maraqlı kimi qeyd edildiyi və buna görə də platforma tərəfindən daha tez-tez baxmaq üçün tövsiyə olunduğu.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verirRəqəmsal rifahın dəstəklənməsi

TikTok hesab edir ki, rəqəmsal texnologiyalar həddindən artıq yüklənmə və ya uzaqlaşmağa səbəb olmadan inkişaf etməyə, ilham verməyə və özlərini rahat hiss etməyə kömək etməlidir. Məhz bu səbəbdən TikTok, mütəxəssislərlə və platformanın Gənclər Şurası ilə birgə "Rəqəmsal rifah missiyaları" adlı təşəbbüsü hazırlayıb. Bu təşəbbüs qısa tapşırıqlardan ibarətdir və sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək etməyi hədəfləyir.
Missiyaların ilk seriyası rəqəmsal rifahı dəstəkləyən və artıq mövcud olan TikTok funksiyaları ilə tanış edir. Onların arasında "Yuxu vaxtı", "Ekran vaxtı", "Ailə tənzimləmələri", "Təhlükəsizlik mərkəzi", "Açar sözlərə görə filtr" daxildir. Missiyaları yerinə yetirən istifadəçilər xüsusi nişanlar əldə edəcəklər ki, bu da onlara öz irəliləyişlərini izləməyə kömək edəcək.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verirTikTok həmçinin tətbiqin daxilində yeni bölmənin yaradılması üzərində çalışır. Bu bölmədə rəqəmsal rifahı dəstəkləyən bütün seçimlər toplanacaq – nəfəs məşqlərindən və sakitləşdirici audio parçalarından tutmuş istifadəçilərə platformada keçirdikləri vaxtı şüurlu şəkildə idarə etməyə kömək edən alətlərə qədər.

Yaradıcıların dəstəyi

Kontent yaradıcıları TikTok-un hərəkətverici qüvvəsidir. Məhz onlar trendləri müəyyən edir, izləyiciləri cəlb edir və platformanın cəmiyyətini formalaşdırırlar. Onların özlərini təhlükəsiz və güvənli hiss etmələri üçün platforma yeni alətlər təqdim edir:
• Yaradıcıya dəstək rejimi – istənməyən və təhqiredici şərhləri filtr vasitəsilə idarə etməyə kömək edir.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• TikTok LIVE-da sözlərin, ifadələrin və emojilərin kütləvi olaraq söndürülməsi;

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• Content Check Lite (Məzmunun ilkin yoxlanışı) – yaradıcılara videolarını paylaşmadan əvvəl digər istifadəçilərə tövsiyə olunmağa uyğun olub-olmadığını yoxlamağa imkan verir.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• Yaradıcılar üçün gələnlər qutusu – yenilənmiş interfeys, mesajları çeşidləməyə və emal etməyə kömək edir. İndi 10 000-dən çox izləyicisi olan yaradıcılar üçün "oxunmamış" və "vacib" bölmələri, sürətli cavablar yaratmaq və tez-tez verilən suallara avtomatik cavablar tənzimləmək imkanı mövcuddur.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir• "Yaradının Söhbət Otağı" — yaradıcıların TikTok-da ən fəal izləyiciləri ilə birbaşa əlaqə qurmasına və ünsiyyət saxlamasına imkan verən funksiyadır. Söhbət otaqları yalnız 18 yaşdan yuxarı, minimum 10 000 izləyicisi olan və "Superabunə" və ya "Canlı Yayım Azakeş Qrupu" funksiyası aktivləşdirilmiş yaradıcılar üçün əlçatandır. Bütün paylaşılan məzmun isə TikTok-un İcma Qaydalarına uyğun olmalıdır.

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verirBu funksiyalar yaradıcılığı daha təhlükəsiz və rahat edir ki, yaradıcılar diqqətlərini həqiqətən vacib olan — öz məzmunları və auditoriyaları üzərində cəmləyə bilsinlər.
Platforma nümayəndələrinin bildirdiyinə görə, bu yeniliklər yeniyetmələrin, valideynlərin, ekspertlərin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin rəy və təklifləri nəzərə alınaraq hazırlanıb ki, TikTok hər kəs üçün daha təhlükəsiz və şəffaf platforma olsun.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.