Tulin Ələkbərovanın cəzalandırıldığı hadisənin TƏFƏRRÜATI
Kikboksçu qadın Tulin Ələkbərovanın Bakıda restoranda qadını döyməsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.
Hadisə isə belə baş verib. Tulin Ələkbərova rəfiqəsi Sevda ilə evlərində olarkən keçmiş sevgilisi ona zəng vurub və görüşmək istədiyini bildirib. Keçmiş sevgilisi Tulinə bildirib ki, dostu ilə birlikdədir və onunla görüşmək istəyir. Tulin rəfiqəsi Sevda ilə danışıb və o da görüşə razı olub. Bundan sonra sevgilisi dostu ilə gəlib, Tulin və Sevdanı evdən götürüb restorana aparıb. Onlar restoranda əyləşib spirtli içki olan viski sifariş veriblər.
Tulin bir az içdikdən sonra özünü pis hiss edib və Sevdadan onu ayaqyoluna aparmasını xahiş edib. Sevda da onunla birlikdə ayaqyoluna gedib. Bundan sonra Kəmalə adlı xanım da ayaqyoluna girmək istəyib, ancaq Sevda buna icazə verməyib. Nəticədə Sevda ilə Kəmalə arasında mübahisə yaranır və səsə Kəmalə ilə birlikdə restoranda içki qəbul edən bacısı Nuranə gəlib. Qadınlar arasında mübahisə yaranarkən Tulin ayaqyolundan çıxıb iki qadının onun rəfiqəsi Sevdaya təzyiq etdiklərini görüb. Mübahisənin səbəbini soruşanda Kəmalə sərxoş vəziyyətdə olduğu üçün Tulini və onun anasını söyüb. Nəticədə Tulin Ələkbərova Kəmalənin sifətindən yumruqla vurub. Kəmalənin zərbənin təsirindən yerə yıxıldığını görən Tulin onun qarın və bədəninin digər hissələrinə təpik zərbələri endirib.
Davanın böyüdüyünü görən Kəmalənin bacısı "102" xidmətinə zəng vuraraq bacısının restoranda döyüldüyünü bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Ələkbərovaya 6 ay azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 982 Tarix: 31 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHande Erçel iranlı rejissorun yeni filmində baş rolda
Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr
09.10.2026 302 Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10:42 182 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 283 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
09.10.2026 219 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 270 Melike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 148 Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya
09.10.2026 277 Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid
"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını
09.10.2026 476 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
09.10.2026 350