Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?

Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?21 iyun saat 06:42:11-də Azərbaycana rəsmi olaraq Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş şüaları Yerin şimal yarımkürəsinə daha dik bucaq altında düşür. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat, 3 dəqiqə, 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat, 56 dəqiqə, 36 saniyə) olur.

Yay fəslinin başlaması ilə hava temperaturunda nəzərəçarpacaq yüksəliş müşahidə olunur ki, bu da iqlim dəyişikliyi kontekstində daha da aktuallaşır. Ənənəvi olaraq istirahət və tətil mövsümü kimi qəbul edilən yay, günümüzdə getdikcə daha çox ekstremal hava şəraiti ilə yadda qalır. Bu da insan sağlamlığı, ictimai həyat və ətraf mühit üçün ciddi nəticələr doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova bildirib ki, ölkəmiz artıq yay fəslinə qədəm qoyub və biz hazırda bu fəsli yaşayırıq:

"Lakin yay fəslinin başlanması astronomik, təqvim və iqlim yay fəsli olmaqla fərqlənir. Astronomik yay 21 iyunda başladığı halda, təqvim yayı iyunun 1-dən başlayır və iyun, iyul, avqust aylarını əhatə edir. İqlim yayı isə düzən ərazilərdə daha erkən - mayın əvvəllərində başlayır. Dəniz səviyyəsindən yüksəklik artdıqca, yayın başlama tarixləri də bir qədər gecikir. Dağətəyi ərazilərdə bu artıq mayın sonu və iyunun əvvəllərinə təsadüf edir. Yüksəklik artdıqca, bu tarixlər daha da gecikir. Ən uzun yay fəsli isə məhz düzənlik ərazilərdə müşahidə edilir. Bu zaman yay təqribən 5 ayadək davam edir. Yay fəsli havanın isti və quraq keçməsi ilə səciyyələnir. İqlim dəyişmələri bütün fəsillərdə olduğu kimi, yay fəslinə də təsir göstərir. İqlim dəyişmələri ilə bağlı güclü isti günlərin təkrarlanması xeyli çoxalıb. Bununla yanaşı, yayda iqlim istiləşməsi ilə əlaqəli daha bir fəsadla qarşılaşırıq - bu da isti hava dalğalarıdır. 1961-1990-cı illərin baza dövrü ilə müqayisədə hazırda düzən və dağətəyi ərazilərdə isti hava dalğalarının təkrarlanması 5-7 dəfə artıb. Bu isə bir çox sahələrdə risklər yaratmaqla öz mənfi təsirini göstərir".

Mövzu ilə bağlı açıqlama verən doktor Məlahət Hümmətqızı isə bildirib ki, nəinki yay fəslində, bütün fəsillərdə insanlar özlərini müəyyən amillərdən - istidən, soyuqdan, qida qəbulundan və s. qorumağı bacarmalıdır:

"Məsələn, yayda havanın temperaturu yüksək olduğundan insanlar arasında tərləmə halları daha çox olur. Belə halda suya olan tələbat artır. İnsanlar özlərini qorumur, tərli-tərli çox soyuq, buzlu sulardan istifadə edir, dondurma yeyir. Evdə sərinləyicilərin altına oturur, bəzən yatırlar. Bu hallar onlarda yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyinə gətirib çıxarır. İnsanlarda qrip, angina, kəskin bronxit kimi əlamətlər özünü göstərir. Bundan başqa, qida allergiyası olan insanlar xüsusilə yay meyvələrindən imtina etməlidirlər. Çiyələk və ərik kimi meyvələr bir çox allergik, asta, bronxitli xəstələrdə dəri qaşınması, övrə, kvinke ödemi, boğulma kimi əlamətlər verir. Yay fəslində qida zəhərlənməsi daha çox olur. Balıq və bu tip konserv qidalardan çəkinmək lazımdır. Pomidor, xiyar turşusundan (konservləşmiş) qidalardan ehtiyatlı olunmalıdır. Qarpız və yemiş yeyərkən rənginə, dadına, xüsusilə təzə olmasına fikir verilməlidir. Çimərlikdə xüsusilə günortalar - temperatur yüksək olur, dənizə girməsinlər. Çünki günorta saatlarında günəşin temperaturu insan sağlamlığına daha çox zərər verir. Dəridə qaralmalar, ləkələr arta bilər, günvurma kimi ağır fəsadlar - halsızlıq, yorğunluq, baş gicəllənmə, özündən getmə, ağızda quruluq ola bilər. Yağlı, qızartma yeməklərdən, çox soyuq içkilərdən uzaq olmalıyıq. Havaya uyğun əynimizi geyinməliyik. Hovuzlara, çimərliklərə getməliyik. Hər gün duş qəbul etməliyik. Az-az, tez-tez qidalanmalıyıq. Ət məhsullarından bir az uzaq olmalıyıq. Ağartıya yer verməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 664   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 143
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

14:30 160
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

17:50 118
.

Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı

Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu

13:20 159
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

17:00 141
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

15:50 138
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

18:20 97
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

15:30 149
.

Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib

Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu

18:40 45
.