Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - BİRGƏ MƏLUMAT
Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir.
BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.
İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.
Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.
Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən "Naxış" çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib
Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2043 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri
11.09.2026 306 El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi
11.09.2026 120 Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları
11.09.2026 187 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
11.09.2026 175 Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild
11.09.2026 215 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 389 Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
11.09.2026 179 Vuçiç sentyabrın sonunda istefa verəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin
11.09.2026 150 Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl
11.09.2026 188