Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günüdür.
"Report" xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür.
Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq dördüncü dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 28 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
11.09.2026 236 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 376 İndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib
11.09.2026 125 Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA
Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda
11.09.2026 186 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
11.09.2026 154 "Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11.09.2026 213 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11.09.2026 291 İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə
ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy
11.09.2026 177 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11.09.2026 174