Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARI

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIAzərbaycanlı diplomat Rafael İbrahimovla İngiltərənin Norzviç şəhərində yerləşən "Delamere Health" klinikasının əməkdaşları arasında yaşanan hadisələrlə bağlı yeni məlumatlar əldə olunub.

Vaxtilə Böyük Britaniya, Norveç və İsveçdə Azərbaycanın səfiri çalışan R.İbrahimov artıq ilyarımdır xoşagəlməz durumla üz-üzədir. Belə ki, həmyerlimiz 2023-cü il dekabrın 5-də müalicə almaq məqsədilə "Delamere Health" klinikasına müraciət edib. Tibb müəssisəsini tərk etdikdən sonra R.İbrahimovun özünü "aqressiv" aparması və 3 tibb bacısına qarşı "cinsi təcavüz" göstərməsi iddia olunub.

Həmin tibb bacıları - Cesika Bruks, Keyt Bizel və Melani Kregilin peşəkarlığı və ixtisasları Care Quality Commission (CQC) tərəfindən yoxlanılıb.

CQC-nin hazırladığı hesabatda bildirilir ki, Cesika Bruks heç vaxt reabilitasiya klinikasında işləməyib. Onun təcrübəsi kriminologiya, probasiya xidmətləri və məişət zorakılığı qurbanlarına yardım sahələrində olub.

Baş tibb bacısı vəzifəsini yetirən Keyt Bizel bu sahədə çox illik təcrübəsi olmasına baxmayaraq, ümumiləşdirilmiş fiziki narahatlıq və psixi sağlamlıq problemləri yaşayıb. O, "Allergic Foodie" adlı şəxsi biznesini idarə etdiyindən üstəlik əlavə stress və iş yükü ilə üzləşib.

Digər xanım əməkdaş Melani Kregil isə qeyri-müəyyən peşəkar məlumatlara malikdir. Bəzi klinik bacarıqlarda təlim keçmiş olsa da, onun ixtisaslı tibb bacısı olduğuna dair sübut yoxdur.

Bundan başqa, "Delamere Health" klinikasının rəhbəri Mike Delaney barədə də birmənalı rəy verilməyib. Onun başçılıq etdiyi kollektiv cinsi azlıqların təşkilatı olan LGTB-yə yaxınlığı ilə tanınır. "Delamere Health"ın əməkdaşları sosial media səhifələrində və gündəlik həyat tərzində LGTB təbliğinə yönələn addımlar atır, bu təşkilata xüsusi rəğbət göstərirlər.

Klinika əməkdaşlarının qarayaxma kampaniyasından bezən Rafael İbrahimov işgüzar nüfuz və imicinə xələl gətirildiyinə görə Böyük Britaniyada məhkəməyə müraciət edib. Britaniya Tribunal Məhkəməsi (HM Courts and Trubunals) bu il mayın 20-də azərbaycanlı diplomatın xeyrinə qərar çıxarıb.

Araşdırmalar nəticəsində hadisələrin mərkəzində yer alan tibb bacılarının fotolarını əldə etmişik.

Uzun illər Azərbaycan dövlətini səfir kimi uğurla təmsil edən bir şəxsin LGTB fəalları olan bu xanımlara qarşı "cinsi zorakılıq" etməsi yumşaq desək, ağlasığmaz görünür. Bəlkə R.İbrahimovun ailəsinin dediyi kimi, klinikanın əməkdaşlarının məqsədi şantaj yolu ilə qarşı tərəfdən pul qoparmaqdır.

Hər bir halda, Rafael İbrahimovun britaniyalı xanımlara qarşı "cinsi təcavüzü" barədə hekayənin necə başa çatacağı maraq doğurur.

Sonda fotoları təqdim edirik.

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARICessika Bruks

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIMelani Kreghil

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIKeyt Bizel

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARI"Delamere Health" klinikasının tibb bacıları

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIAzərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIAzərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIAzərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIRafael İbrahimovun fotoları

Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIAzərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARIDemokrat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 27 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV

"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən

11.09.2026 236
.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar

11.09.2026 376
.

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib

11.09.2026 125
.

Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA

Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda

11.09.2026 186
.

"Bank Respublika" "AccessBank"ı alır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar

11.09.2026 154
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11.09.2026 213
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11.09.2026 291
.

İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə

ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy

11.09.2026 177
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11.09.2026 174
.