Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?

Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, bundan sonra tikiləcək mənzillərdə mərkəzi istilik sistemləri quraşdırılacaq. Bu reallaşarsa, daha yeni tikilən binalardakı mənzillərdə kombi quraşdırılmasına ehtiyac olmayacaq.

Qanun layihəsinə əsasən, çoxmənzilli yaşayış binalarında hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

"Həm vətəndaşların, həm də büdcənin yükü azalacaq"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bu sahədə müəyyən problemlər olduğunu bildirdi: "Təəssüflər olsun ki, mərkəzi istilik təchizatının təmin edilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu sahədə nəzarət mexanizmi o qədər də güclü deyil. O səbəbdən yeni tikilmiş binalarda mərkəzi istilik sistemi təmin edilməyib. Yeni qanunun əsas məqsədlərindən biri bundan sonra mərkəzləşdirilmiş istilik təchizat sisteminin təmin edilməsidir".

N.Həmzəyev düşünür ki, yeni qanun vətəndaşlar üçün sərfəlidir: "Qanun layihəsi çox mütərəqqidir. Olduqca müsbət yanaşmalar var. Xeyli problemlər aradan qaldırılacaq. Ümid edirik ki, bu sistem yeni yanaşmalarla qurulacaq. Çünki belə olmazsa, subsidiyalara ehtiyac olacaq. Bu isə hökumətin yükünü artıracaq. Yeni texnologiyalara əsaslanan istilik sistemləri quraşdırılmalıdır ki, vətəndaşların ödəyəcəkləri pul hazırda istilik üçün ödədikləri sərfiyyata yaxın olsun. Çalışmalıyıq ki, vətəndaşların büdcəsinə xeyir etsin".

Məhəllə tipli istilik sistemləri olacaq

Deputatın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra tikilən binalarda məhəlli tipli sistem mərkəzləşdirilmiş istilik sistemləri yaradılacaq: "Mərkəzi istilik sisteminin quraşdırılması mümkün olan yerlərdə həyata keçiriləcək. Yeni tikiləcək binalara aid olacaq. İstilik sistemləri ya mərkəzi, yaxud da komplekslər üzrə ola bilər. Daha böyük əraziləri əhatə edən istilik sistemlərinin quraşdırılması uyğun deyil. Çünki yenidən boruların çəkilməsi, baş verə biləcək qəzalar, problemlər nəzərə alınmalıdır. O səbəbdən məhəllə tipli istilik sistemlərinin quraşdırılmasına üstünlük veriləcək".

"Kombi sistemlərinə nəzarət artırılmalıdır"

N.Həmzəyevin fikrincə, bu sistemlərin qurulması ilə bir çox problemlər aradan qalxacaq: "İlk növbədə təhlükəsizlik təminatı güclənəcək. Pərakəndə şəkildə istiliklə təchizat əlavə təhlükəsizlik problemləri ortaya çıxarır. Standartlara cavab verməyən sistemlər quraşdırılır. Burada kombilər və onlara yaxın cihazlar nəzərdə tutulur. Bu cihazlar qazla işlədiyindən təhlükəlidir. Kombidən çıxan qazlar eyvandan digər mənzillərə dolur.

Ümumiyyətlə, mənzillərdəki kombi sistemlərinə nəzarət artırılmalıdır. Bazarda standartlara cavab verməyən, yaxud köhnə üsullarla hazırlanmış cihazlar var. Vətəndaşlar markaya, görüntüyə aldanaraq hətta baha qiymətə alırlar. Sərfiyyat baxımından da xərcə düşürlər. Quraşdırılmasında da standartlar olmalıdır. Yalnız standartlara cavab verən şirkətlər bu işlə məşğul olmalıdır".

Müsahibimizin sözlərinə görə, qanunda təkcə mərkəzləşdirilmiş istilik sistemlərinə deyil, başqa məsələlərə də toxunulub: "Binalar tikilən zaman izolyasiya sistemləri düzgün quraşdırılmırsa, binaların fasadı düzgün formalaşdırılmırsa, tələblərə cavab verən tikinti materiallarından istifadə edilmirsə, bu, daha çox sərfiyyata səbəb olur. Nəticədə mənzilləri qızdırmaq daha da qəlizləşir. Ona görə də binalar tikilərkən standartlara cavab verən izolyasiya sistemləri quraşdırılmalıdır, fasadlarda da standartlara cavab verən materiallardan istifadə edilməlidir. Əgər bunlara əməl olunarsa, vətəndaşların istilik üçün çəkdikləri xərclər də azalacaq".

"Hər məhəllədə qazanxana olmalıdır"

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, müasir dövrdə yenidən mərkəzi istilik sistemlərinin quraşdırılması çətin olardı: "Bu, iqtisadi cəhətdən də səmərəli deyil. Yenidən mərkəzi istilik sistemləri quraşdırmaq üçün hər məhəllədə qazanxana qurulmalıdır. Qazanxanaların borularının keçməsi üçün yerlər də məhduddur. Sovet dövründə doqquz istilik qazanxanası tikilmişdi. Onlardan altısı ləğv olunub, cəmi üçü qalıb. Onları da təmir etmək mümkün deyil. Çünki borular yerin altındadır. Bütün hər yer asfalt örtüyüdür. Yolların yenidən qazılması isə mümkünsüzdür".

N.Qasımovun fikrincə, deyilənlərin əksinə, kombi sistemləri daha sərfəli və təhlükəsizdir: "Mərkəzi istilik sistemi müəyyən vaxt aralığında fəaliyyət göstərir. Kombini isə vətəndaş istədiyi zaman qoşa bilir. Olduqca ağıllı cihazlardır, avtomatik tənzimlənir. Yanma prosesi tam getdiyi üçün dəm qazı ayrılması qeyri-mümkündür. Amma istilik qazanxanalarında tam yanma təmin olunmur. Əvvəlki illərdə bir neçə dəfə qazanxanalarda partlayış hadisələri baş verib". /"Kaspi" qəzeti


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1051   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.