"Bakıda 100 min manata qəbir yeri SATILIR" - Deputat açıqladı
Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb. Bu bahalaşma nə ilə əlaqədardır?
BiG.AZ xəbər verir ki, deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında qəbir yerlərinin tapılması və alınmasının getdikcə çətinləşdiyini bildirib.
"Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir", - o deyib.
Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:
"Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik".
İlahiyyatçı Tural İrfan bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur.
"Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.
Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin".
İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:
"Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1212 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAnasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495