Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib
Bugünlərdə İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu aşağıdakı şəxslər təmsil ediblər:
Şirkətlər Qrupunun Maliyyə Direktoru və İcra Komitəsinin üzvü Könül Kərimova;
Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev;
"OBA" Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov;
"Veysəloğlu" Distribusiyanın Maliyyə Direktoru Orxan Babayev.
Tədbir çərçivəsində Qrup nümayəndələri ADB-nin Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal və Ərzaq və Aqrobiznes İnvestisiya Komandasının rəhbəri Martin Lemoine ilə görüşlər keçiriblər. Görüşlərdə ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə modelləri, özəl sektor–dövlət tərəfdaşlığı çərçivəsində iqtisadiyyata dəstək və yeni əməkdaşlıq imkanları müzakirə olunub.
"Təcrübə paylaşımı, sabahın qurulması" mövzusuna həsr olunmuş builki toplantı ADB-yə üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə Asiya İnkişaf Bankı arasında 2024-cü ilin noyabr ayında 17 milyon Azərbaycan manatı məbləğində kredit və 850 min manat həcmində texniki yardım qrantını əhatə edən maliyyə paketi üzrə müqavilə imzalanıb. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və 750-dən çox kiçik fermerin iqlimə davamlı kənd təsərrüfatı təcrübələri ilə dəstəklənməsini hədəfləyir.
Veysəloğlu Şirkətlər Qrupu ərzaq təhlükəsizliyi, təchizat zəncirinin inkişafı və logistika sahəsində dayanıqlı inkişafı dəstəkləyən layihələrin həm təşəbbüskarı, həm də icraçısı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 684 Tarix: 19 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini
17:22 112 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
13:55 151 Küpdə tapılan 1600 illik skeletin sirri açıldı
Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk
11:27 148 3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri
14:54 228 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
14:21 169 Hikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. BİG.AZ "Report"a istinadən xəbə
12:25 106 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 162 Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları
17:17 103 Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild
12:56 197