Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi
ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri süni intellektin imkanlarını bir addım da irəli apararaq 3D modellərə təkcə görüntü deyil, toxunma hissi də qazandıran yeni sistem - "TactStyle"ı yaradıblar.
Oxu.Az xəbər verir ki, bu barədə elmi məqalə "arXiv" platformasında dərc olunub.
Yeni texnologiya 3D modellərin vizual və toxunma xüsusiyyətlərini birləşdirərək dizaynerlər, mühəndislər və təhsil sahəsində çalışanlar üçün tamamilə fərqli və interaktiv təcrübə təqdim edir.
"TactStyle" istifadəçiyə təkcə obyektin forması və rəngini deyil, həm də onun səthinin toxunma xüsusiyyətlərini - məsələn, hamarlığını, kobudluğunu və ya material hissini - bir şəkil əsasında modelləşdirməyə imkan verir. Bu sistem teksturanın mikrosəviyyəli detalları, yəni səthin "hündürlük xəritəsi"ni süni intellektin gücü ilə şəkildən avtomatik generasiya edir.
Alimlər bildirirlər ki, bu texnologiya sənaye dizaynı, təhsil, prototipləşdirmə və aksesuar istehsalı kimi sahələrdə inqilabi dəyişikliklər vəd edir.
Aparılmış psixofiziki sınaqlar da bunu təsdiqləyib. İstifadəçilər "TactStyle" ilə yaradılan teksturaları real materiallara toxunurmuş kimi hiss etdiklərini bildiriblər.
Hazırda MIT komandası bu texnologiyanı daha da təkmilləşdirərək vizual-taktil uyğunsuzluqlarla eksperimentlər aparmağı planlaşdırır. Məsələn, mərmər kimi görünən, lakin toxunduqda ağac hissi verən obyektlər yaradılacaq.
Bu yenilik 3D modelləşdirmədə yalnız görmə deyil, həm də hiss etmə dövrünün başlandığını göstərir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 721 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...
Bir çox mədəniyyətlərdə maddi rifahla bağlı müxtəlif inanc və əlamətlər mövcuddur. Onların əksəriyyətinin isə kifayət qədər praktik izahı var. xəbər verir ki, evin lazımsız əşyalarla dolu olması xaos hissi yaradır, köhnə və istifadəsiz əşyalar isə insanı gələcəyə deyil, keçmişə bağlayır. Buna görə d
21.06.2026 340 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
17.06.2026 623 Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul
Zaman keçdikcə hətta keyfiyyətli ətçəkənlər də əvvəlki kimi işləmir. Əti doğramaq əvəzinə əzir, mexanizm tez-tez tutulur, işləmə zamanı əlavə səs yaranır və əti çəkmək üçün daha çox güc tələb olunur. Bunun ən geniş yayılmış səbəbi bıçağın və tor hissəsinin kütləşməsidir. bu üsulları təqdim edir:. Xoşbəxtlikdən
14.06.2026 435 Zeytun yağının xarab olduğunu göstərən əlamətlər
Zeytun yağı kulinariyada ən çox istifadə olunan məhsullardan biridir. Salat souslarının hazırlanmasından tutmuş tərəvəzlərin qızardılmasına və hətta çörəklə birlikdə istehlakına qədər geniş istifadə sahəsinə malikdir. Bununla yanaşı, zeytun yağının müxtəlif növləri və keyfiyyət dərəcələri mövcuddur
14.06.2026 263 Generatorun yanacaq sərfiyyatı necə müəyyən edilir?
Generatorlarda yanacaq sərfiyyatı avadanlığın elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyi yanacağın miqdarını ifadə edir. Bu göstərici adətən saat ərzində sərf olunan litr ilə ölçülür və generatorun istismar xərclərini qiymətləndirmək üçün əsas məlumatlardan biri hesab olunur. Yanacaq sərfiyyat
20.06.2026 189 Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər
Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu
14.06.2026 461 Telefonların bu funksiyalarından çoxları xəbərsizdir
Müasir smartfonlar onlarla müxtəlif imkanlarla təchiz olunsa da, istifadəçilərin əksəriyyəti cihazlarının yalnız kiçik bir hissəsindən istifadə edir. Texnologiya sahəsi üzrə mütəxəssislər smartfon sahiblərinin ən çox diqqətdən kənarda qoyduğu faydalı funksiyaları açıqlayıblar. xarici mediaya istinadl
14.06.2026 258 "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloji amil rol oynayır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadla
20.06.2026 254 Alimlər Yeri Günəş qasırğalarından qorumağın yolunu tapıblar
Yeri əlverişsiz kosmik hava şəraitindən maqnitosfer - Günəşin təhlükəli hissəciklərini əks etdirən maqnit qabarcığı qoruyur. Əvvəllər bəşəriyyət yalnız qasırğaları proqnozlaşdıra və onların nəticələrinə hazırlaşa bilirdisə, indi Boston Universitetinin tədqiqatçıları "StormWall" adlı aktiv müdafi
14.06.2026 248