Neftçalada qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydü
Neftçala Rayon Mərkəzi Xəstəxanasında insident olub.
Oxu.Az-ın məlumatına görə, xəstəxananın operatoru işləyən qadın öz rəfiqəsi tərəfindən döyülüb.
Qeyd olunur ki, Neftçala şəhərinin 20 yanvar küçəsində Ülkər adlı qadın ətir satışı ilə məşğul olub. Xəstəxananın statistika bölməsində operator vəzifəsində çalışan Cəmalə adlı qadın isə onunla rəfiqə olub. Cəmalə Ülkərin mağazasından nisyə ətirlər götürərək satıb sonradan pulunu ödəyirmiş .
Cəmalə sonuncu dəfə Ülkərdən 350 manat dəyərində ətirlər götürsə də, onların pulunu 4 ay ödəməyib. O, Ülkərlə razılaşıb ki, maddi vəziyyəti ilə əlaqədar ona hər ay 50 manat ödəyə biləcək. Ülkər də onunla razılaşıb.
Bir müddət sonra Cəmalə oğluna kiçik toy məclisi edib və Ülkəri də dəvət edib. Amma işlə əlaqədar Ülkər toya gələ bilməyib, buna görə Cəmalədən üzr də istəyib. Cəmalə isə onun üzrünü qəbul etməyib. Ülkər ona deyib ki, borclu olduğu 350 manatın 50 manatını oğlunun toyuna çıxsın.
Bir neçə gündən sonra Cəmalə sosial şəbəkələrdə Ülkəri təhqir etməyə başlayıb. Ülkər bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də, xəstəxana işçisi onun bu xəbərdarlığına məhəl qoymayıb.
Çarəsiz qalan Ülkər özü ilə bir nəfər qadın da götürüb xəstəxanaya, Cəmalənin iş yerinə gəlib və yanındakı qadına tapşırıb ki, Cəmalə ilə olan davasını videoya çəksin. Ülkər xəstəxananın giriş koridorunda Cəmalə ilə rastlaşıb və ondan etdiyi hərəkətin səbəbini soruşub. Cəmalə ona cavab vermədən getmək istəyəndə Ülkər Cəmalənin saçında tutub dəhlizdə sürüməyə, onu şillə və təpik zərbələri ilə vurmağa başlayıb. Mühafizəçilərin müdaxiləsindən sonra dava sakitləşdirilib və hadisə yerinə polis gəlib.
Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ülkər qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 764 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFaşizm qayıdır, yoxsa cəmiyyətlər dəyişir? Avropanın yeni siyasi mənzərəsi
Almaniyada siyasi mənzərə son illərin ən ciddi dəyişikliklərindən birini yaşayır. Uzun müddət ölkənin siyasi sistemində əsas xətt mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında formalaşsa da, son illərdə bu siyasi balans tədricən dəyişməyə başlayıb
12:04 160 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 175 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 162 "İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
16:00 186 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
13:55 151 Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
17:24 103 "Anamı səhər saat 6-da yuxudan oyadıb mühazirəni ona oxuyurdum"
"Müəllimlərə kömək üçün xüsusi platforma yarada bilərik. Hər müəllim özü üçün Aİ (süni intellekt) assistent yaratsın və bu assistent onu idarə etsin". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu gün keçirilən təhsil işçilərinin sentyab
14:12 185 Der Spiegel: "ABŞ Suriyadakı qüvvələrini azaltmağa başlayır"
Der Spiegel nəşri ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən qüvvələrinin bir hissəsini geri çəkməyə başladığını yazır. Nəşrin məlumatına görə, bu addım ABŞ-ın bölgədəki hərbi iştirakının yenidən qiymətləndirilməsi çərçivəsində həyata keçirilir. Məqalədə bildirilir ki, ABŞ uzun müddətdir Suriyada İŞİD-
12:13 168 Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev
13:16 179