Qaz və işıqpulunu az ödəmək üçün belə edirlər
Adətən yazın son ayları - aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır.
Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?
İqtisadçı Toğrul Vəliyev Globalinfo.az-a açıqlamasında Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib.
Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir:
"Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur".
İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır:
"Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 177 Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
12:17 224 YAP - cəmiyyətin aparıcı qüvvəsi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli
12:51 184 Hökumət üzvləri parlamentdədir
Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər
10:59 203 Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?
Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər
15:36 118 Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej
10:59 191 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni dünya nizamında nümunəvi əməkdaşlıq modeli
Dünya siyasətində baş verən fundamental dəyişikliklər, geosiyasi rəqabətin güclənməsi və qlobal iqtisadi münasibətlərin yenidən formalaşması dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə beynəlxalq mövqe yalnız siyasi və iqtisadi resurslarla deyil, həm də düzgün tərəfdaşlıq strategiyası
15:06 163 Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi
Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı
11:05 184 Cənubi Qafqazın ən böyük siyasi partiyası
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas
12:53 184