Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilibMayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ı qəbul etdilər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə etdilər.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Vyetnamın milli müdafiə naziri Phan Van Giang mübadilə etdilər.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı"nı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Vyetnamın ədliyyə naziri Nguyen Hai Ninh mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye - Enerji Qrupu ("PetroVietnam") arasında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "PetroVietnam" Şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung mübadilə etdilər.

"SOCAR Trading Singapore PTE LTD" ilə "Binh Son Refining and PetrochemicaI JSC" arasında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Binh Son Refining" Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə etdilər.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung mübadilə etdilər.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Vyetnamın mədəniyyət, idman və turizm naziri Nguyen Van Hung mübadilə etdilər.

Səfər çərçivəsində, həmçinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi" və "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilibAzərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilibAzərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilibAzərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilibAzərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib18:32

Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ı qəbul ediblər.

Sonra digər sənədlər mübadilə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 941   Tarix: 07 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16:48 90
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 187
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 193
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 234
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

15:29 145
.

Paşinyan Ermənistanın 20 ildən sonrakı hədəfini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəf açıqlayıb. xəbər verir ki, RİA Novostinin məlumatına görə, Paşinyan bu barədə Dublin Beynəlxalq və Avropa İşləri İnstitutunda çıxışı zamanı danışıb. Baş nazir 20 ildən sonra Ermənistanı Avropa İttifaqının üzvü kimi görmə

10:14 188
.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 187
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 195
.