Prezidentin qızları Şahzadə ilə sərgidə - Fotolar

Prezidentin qızları Şahzadə ilə sərgidə - FotolarAzərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı münasibətilə "Rabat xalça sənəti" immersiv sərgisi açılıb.

"Qafqazinfo" xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.

Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə "Xalçaçı günü" peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti"nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Bədii hissədə "Pəri xanımın sehrli nağılı" animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi "Sevərək toxu!" adlı yeni mahnısı ifa edilib.

Sonra sərginin açılışı olub.

Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan "Nəqşicahan" xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

Sərgi mayın 10-dək davam edəcək.

Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.
Prezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - FotolarPrezidentin qızları Şahzadə ilə sərgidə - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 878   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10.09.2026 210
.

"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb

İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray

10.09.2026 234
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10.09.2026 292
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10.09.2026 355
.

12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə

İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr

10.09.2026 284
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10.09.2026 231
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

10.09.2026 273
.

2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı

Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə

10.09.2026 222
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

10.09.2026 227
.