Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındı

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındıBakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1999-cu il təvəllüdlü F.Məlik adlı şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, dava Elnur adlı şəxs tərəfindən "Apartment 9" adı altında fəaliyyət göstərən restoranda təşkil olunan "Mafiya" oyunu zamanı baş verib. Elnur tərəfindən oyuna dəvət olunanlar arasında "Arda" ləqəbi ilə tanınan Ərdəbil adlı zərərçəkmiş şəxs də olub. Məlik komissar kimi "mafiya" tərəfindən oyundan çıxarılıb və bu zaman qaydalara uyğun olaraq komanda yoldaşlarına bildirib ki, onu Ərdəbil çıxarıb.

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındıBu səbəbdən aralarında mübahisə yaranıb. Oyun bitdikdən sonra kafenin digər otağında Ərdəbil və Məlik arasında dava davam edib. Ərdəbil oyun zamanı Məlikin onu gözlə işarə edərək ifşa etməsinə irad bildirib və onun boğazından tutaraq "ala bilirsən, səni neynəyərəm" deyib. Daha sonra Məlik onun arxasına keçərək fənd işlədib, zərərçəkmişi yerə vurub və yumruqla döyməyə başlayıb. Dava zamanı Ərdəbil baş nahiyəsindən xəsarət alıb və qolu sınıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, qoluna gips qoyulub və başı sarınıb. Elə həmin gün polisə şikayət edib.

Hadisədən dörd gün sonra Məliyin dostları Ərdəbili "Four Seasons" otelinə çağırıblar. Oteldə Məlik baş verən hadisəyə görə üzr istəyib və şikayətin geri götürülməsini istəyib. Lakin Ərdəbil məhkəmədə ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Məlik barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza müddətində elektron qolbaq taxacaq və kütləvi tədbirlərdə iştirak edə bilməyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb

Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklə

09.07.2026 308
.

Xameneinin evi darmadağın edildi

İranda hərbi əməliyyatların ilk günlərində İsrail Müdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri Tehranda Əli Xameneinin olduğu bildirilən evi hədəfə alıb. Xameneinin dəfn mərasimləri ilə əlaqədar matəm tədbirləri davam etdiyi vaxt dövlət televiziyası dağıntıları əks etdirən görüntüləri yayımlayıb. xaric

09.07.2026 393
.

Rusiya-Ermənistan ticarətində yeni mərhələ? Paşinyandan açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə keçirdiyi görüşdə Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq olunan məhdudiyyətləri müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, görüş zamanı əsas müzakir

11:21 109
.

SON DƏQİQƏ! ABŞ İranı şiddətli şəkildə bombalayır

ABŞ İrana qarşı yeni hava əməliyyatına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verirki, ABŞ hərbi qüvvələri İran ərazisində bir sıra hədəflərə hava zərbələri endirir. Bildirilir ki, hücumlar əsasən Buşəhr, Bəndər-Abbas, Çabahar və Cask istiqamətlərini əhatə edir. Məlumatlara görə, İran tərəfi hücumla

09.07.2026 447
.

Bakıda sərnişin avtobosu sürücüsündən qəribə hərəkət

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. -a istinadən xəbər verir ki, bununla müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində ba

12:05 123
.

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı

Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda

09.07.2026 322
.

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

13-14 iyul tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək. Medianın İnkişafı Agentliyindən "Qafqazinfo"ya bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadı

10:44 124
.

Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıb

Rumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir

09.07.2026 264
.

SON DƏQİQƏ! ABŞ-ın havada yanacaq dolduran hərbi təyyarələri İsrailə enib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus havada yanacaq dolduran bir neçə tanker təyyarəsi İsrailin Ben Qurion hava limanına eniş edib. Məlumata görə, söhbət əsasən KC-46 Pegasus tipli tanker təyyarələrindən gedir. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, onların İsrailə göndərilməsi ABŞ-ın Yaxın Şərqdə hərb

09.07.2026 509
.

TOP MP3