"Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz"-VƏKİLDƏN AÇIQLAMA

"Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz"-VƏKİLDƏN AÇIQLAMABakıda və ətraf ərazilərdə yeni tikililərin qiymətində artımlar müşahidə olunur. 3-4 il əvvəllə qiymətləri müqayisə etsək 1 kv. metrin qiymətində 300-400 manat fərqi görmək mümkündür.
Ümumiyyətlə baxsaq sökülən evlərin qiymətləndirilməsi necə aparılmalıdır? Hazırda bu istiqamətdə daha çox şikayətlərə rast gəlirik. Onlara təklif edilən qiymətlərlə razılaşmaq istəməyən vətaşdaş məhkəməyə müraciət edir. Bəs bu halda qanunlar vətəndaşa necə köməklik edir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyayanın 1 Protokoluna əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz:
"Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz"-VƏKİLDƏN AÇIQLAMA"Mülkiyyət hüququnun anlayışı və məzmunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilib. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Həm yerli həm də beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi, şəxsin əmlakı hər hansı formada ondan alınırsa, bu halda tərəflərin razılığı və ağlabatan məbləğdə kompensasiya ödəməklə həyata keçirilməlidir.
Hər hansı ərazidə söküntü işləri aparılarkən həmin ərazi üzrə əmlakların qiyməti qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilməlidir ki, vətəndaş aldığı vəsaitlə itirdiyi əmlaka uyğun əmlak ala bilsin.
Vətəndaş təklif edilən kompensasiya məbləği ilə razılaşmadıqda və ya digər formada mülkiyyət hüququ pozulduqda məhkəməyə müraciət etmək hüququna malikdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyanın cənubunda sürətlə yayılan meşə yanğınlarında 11 nəfər həlak olub, rəsmilər bildirir

Andalusiyanın fövqəladə hallar üzrə rəhbəri Antonio Sanz bildirib ki, İspaniyanın cənubundakı Almeriyada baş verən meşə yanğınında 11 nəfər həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, 150 yanğınsöndürən yanğını nəzarət altına almaq üçün mübarizə aparıb. Sanz yanğının İspaniyanın cənubundak

11:18 126
.

Pentaqonun keçmiş müşaviri: "Finlandiya ABŞ-ı Rusiya ilə münaqişəyə sürükləyir"

Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor Finlandiya Prezidenti Aleksandr Stubbın nüvə silahları ilə bağlı mövqeyini sərt tənqid edib. xarici mediaya istinadən xəbər verir ki, MakQreqor YouTube kanalında yayımlanan çıxışında Finlandiya prezidentinin ABŞ qoşunlarını nüvə silahları ilə birlikdə ölkəsin

10:50 122
.

Tələbə vəfat etdi

Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1-ci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:46 124
.

Şok iddia: Ay missiyalarında yadplanetli kosmik gəmilər görülüb

Aya səfər edən NASA astronavtlarının orada yadplanetlilərə məxsus kosmik gəmilər gördükləri və bu barədə danışmamaq üçün susmağa məcbur edildikləri iddia olunub. xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Hareni

11:33 119
.

Ali Məhkəmədən müşahidə kameraları ilə bağlı mühüm qərar - VƏKİLDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında quraşdırılan müşahidə kameraları ilə bağlı mühüm hüquqi presedent formalaşıb. Azərbaycan Ali Məhkəməsi bildirib ki, vətəndaş öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdıra bilər. Lakin həmin kamera ümumi dəhlizi, qonşuların mənzil girişini

12:22 90
.

Etnanın tarixdə ən dağıdıcı püskürmələri: Onlar yenidən baş verə bilərmi?

Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin

09.07.2026 257
.

Çimərlikdə dəhşət: İldırım bir nəfərin həyatına son qoydu

ABŞ-da insanların üzdüyü suya ildırım düşməsi faciə ilə nəticələnib. xəbər verir ki, bu barədə WINK News məlumat yayıb. Hadisə Körfəz sahilində baş verib. İldırımın suya düşməsi nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Hadisə yerində olan istirahətçilər zərərçəkəni həyata qaytarmağa çalışsala

11:28 119
.

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

13-14 iyul tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək. Medianın İnkişafı Agentliyindən "Qafqazinfo"ya bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadı

10:44 124
.

Zelenski: NATO ölkələri Ukraynanın üzvlüyündən fayda görəcəklər

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin NATO-ya üzvlüyünü dəstəkləyən dövlətlərin sayı getdikcə artır. xəbər verir ki, o, bu barədə "Noviny.LIVE" Telegram kanalının yaydığı açıqlamada danışıb. Zelenskinin sözlərinə görə, Ukraynanın hərbi-sənaye kompleksi və ordusu artı

11:43 103
.

TOP MP3