"Bu gün təhsil naziri təhsilə bazar gözü, biznes yanaşması ilə baxır"-EKSPERTDƏN AÇIQLAMA

"Bu gün təhsil naziri təhsilə bazar gözü, biznes yanaşması ilə baxır"-EKSPERTDƏN AÇIQLAMASon illər ölkəmizin ali məktəbləri və bəzi dövlət qurumları Publik Hüquqi Şəxs (PHŞ) olub. İndi də orta ümumtəhsil məktəblərinin PHŞ olması təklif edilir. Bu modelə keçid məktəblərə hüquqi baxımdan müstəqil qərar vermək imkanı tanıyacaq. Yəni məktəb, dövlətin müəyyən etdiyi çərçivələr daxilində, həm maliyyə məsələlərində, həm də idarəetmədə daha sərbəst olacaq.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, publik hüquqi şəxs olan təhsil müəssisəsi Azərbaycanda yenilik deyil. Hələ 2011-ci ildən başlayaraq, əvvəlcə ali təhsil müəssisələrində, sonralar isə peşə və məktəbəqədər təhsil müəssisələrində bu model tətbiq olunmağa başlayıb. Publik hüquqi şəxs statusu alan təhsil müəssisələri dövlət və ya bələdiyyə mülkiyyətindədir:

"Bu gün təhsil naziri təhsilə bazar gözü, biznes yanaşması ilə baxır"-EKSPERTDƏN AÇIQLAMA"Məsələnin mahiyyəti ondadır ki, hazırda ölkədə 4252 məktəb fəaliyyət göstərir və bunların yalnız 16-sı publik hüquqi şəxs kimi seçilib. Bu məktəblərlə digər ümumtəhsil müəssisələri arasında əsas fərq odur ki, onlar formal olaraq sənəd üzərində yeni idarəetmə sisteminə keçiblər. Belə ki, bu məktəblərdə şagird başına düşən maliyyə vəsaiti birbaşa məktəbin sahibi sayılan publik hüquqi şəxsə ayrılacaq və həmin qurum məktəbi maliyyə baxımından idarə edəcək. Bu vəsaitə görə də birbaşa məsuliyyət həmin hüquqi şəxsin üzərində olacaq.

Lakin publik hüquqi şəxsin strukturu necə olmalıdır? Bu sualla bağlı hələ də konkret addım atılmayıb. 2024-cü ildə dövlət və bələdiyyə tabeliyində olan publik hüquqi şəxs statuslu məktəblərin nizamnaməsi təsdiq olunsa da, struktur məsələsi açıq qalır. Hazırda publik hüquqi şəxs olan ümumtəhsil məktəbləri ənənəvi sovet modeli idarəetməsindən çıxaraq yeni bir modelə keçid edir. Amma bunun üçün möhkəm hüquqi-normativ baza yoxdur. Bu tip məktəblərdə strateji idarəetmə sistemi qurulmalı, rəhbərlik struktur məsələləri ilə bağlı maarifləndirilməlidir.

Təəssüf ki, məktəb rəhbərlərinin əksəriyyəti publik hüquqi şəxs modelində hansı strukturun mövcud olduğunu bilmir. Daha təəccüblüsü isə odur ki, ölkədə publik hüquqi şəxslərlə bağlı qanun 2015-ci ildə qəbul olunsa da, keçən illər ərzində maddi vəsait əsasən mənasız və nəticəsiz təlimlərə xərclənib. Lakin bu idarəçilik modelinin strukturu ilə bağlı heç bir ciddi təlim keçirilməyib və bu sahədə ümumi anlayış çatışmazlığı mövcuddur.

Düşünürəm ki, publik hüquqi şəxs statusuna keçid hələ ki, formal xarakter daşıyır. Əgər bu sistemə gerçəkdən keçmək niyyətindəyiksə, təhsil müəssisələrinə muxtariyyət verilməli, onların idarəetmə mexanizmləri optimallaşdırılmalıdır. Amma görünən odur ki, təhsildə atılan bütün addımların arxasında biznes maraqları dayanır və publik hüquqi şəxs modelinə keçid də bunun bir nümunəsidir".

"Bu gün təhsil naziri təhsilə bazar gözü, biznes yanaşması ilə baxır"-EKSPERTDƏN AÇIQLAMAEkspert bildirdi ki, illərdir ali təhsil müəssisələrində publik hüquqi şəxs modeli tətbiq olunur, amma istər təhsilin keyfiyyəti, istərsə də idarəetmədə ciddi dəyişiklik müşahidə olunmur. Bu müəssisələrin heç birində real muxtariyyət yoxdur – əsas problem də buradadır:

"Bu gün təhsil naziri təhsilə bazar gözü, biznes yanaşması ilə baxır. Təhsil idarəçiliyinə gətirilən şəxslərin də sahəyə aidiyyəti yoxdur. Təhsil isə spesifik bir sahədir və bu sahədə islahat aparacaq şəxslər mütləq təhsil sisteminin içindən çıxmalıdır. Təhsil sisteminin indiki vəziyyətinə baxsaq, aydın görərik ki, əsas diqqət layihələrə və imtahan sisteminə yönəlib. Təhsil və təlim-tərbiyə prosesinə isə yetərli önəm verilmir. Əslində, təhsilin təməl prinsipləri dağıdılır.

Hər dəfə yeni bir mövzu ortaya atmaqla heç bir müsbət nəticə əldə etmək mümkün deyil. Yeni sistemlərin tətbiqini isə şərabçılıq və çay zavodlarından gələn kadrların həyata keçirməsi gözlənilir. Əgər bu model düzgün şəkildə həyata keçirilsə, məktəblərin idarəetməsində müəyyən üstünlüklər əldə etmək olar. Lakin bu gün Azərbaycan təhsili bu sistemə hələ hazır deyil. Belə bir modelin düzgün şəkildə qurulması üçün 10 il əvvəlcədən ciddi hazırlıq işləri aparılmalı idi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2122   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı

Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb

10.09.2026 231
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

10.09.2026 263
.

Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib

Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar

10.09.2026 211
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 226
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

10.09.2026 341
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

10.09.2026 213
.

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır

10:33 106
.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

10.09.2026 240
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 313
.