Hava şəraiti ilə əlaqədar əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
BiG.AZ xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bununla yanaşı, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1168 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl və gümüşün bu günə olan qiyməti açıqlandı
Qızıl və gümüşün bu günə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 10 sentyabr 2026-cı il tarixinə qızılın 1 unsiyasının qiyməti 7448,7965 manat, 1 qramının qiyməti isə 239,48 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 239,48 manat, 750 əyyar İtalyan qızılının 1 qramı 179,7
10.09.2026 162 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 185 Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı
"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb. Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 79
10.09.2026 192 2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu
Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə
10.09.2026 129 1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə
1990-cı və 200-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub. xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabılar
10.09.2026 211 Yeni binalar zəlzələyə nə qədər davamlıdır?
Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə
10.09.2026 302 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10.09.2026 230 Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə
10.09.2026 201 Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək". "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış
10.09.2026 125