Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?
Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.
Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.
Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.
Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.
"Adı siyahıda olmayan şəxslərin məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərlərdən məlumatlı deyiləm. Təftiş Komissiyasına daxil olan qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. ETN tərəfindən cərrahların təhsil aldığı təhsil müəssisələrinin qeydləri istənildi. Həmin şəxslərin neçə il, necə təhsil alması ilə bağlı ətraflı məlumat əldə edildi. Digər qurumlar tərəfindən də fəaliyyətləri yoxlanıldı. Bütün bunlardan sonra qərara gəlindi ki, bu sahənin 42 nəfər mütəxəssissi var. Səhiyyə Nazirliyinin səhifəsində də müvafiq açıqlama verilib. Mən də daxil olmaqla bütün plastik cərrahlar yoxlanıldı. Bu prosesdən narazı qalanlar da var. Amma hər kəs öz içində bilir ki, bu sahədə mütəxəssisdir, yoxsa yox. Ona görə də inanmıram ki, kimsə məhkəməyə müraciət etsin. Çünki bu yoxlamalar yüksək səviyyədə aparıldı" - V.Qələndərli qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 179 Bakıda təcili yardım maşınında yük daşınır - Video
Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB
16:33 119 Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v
11:20 177 Ağdam gözəl məkana çevrilir
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə
11:23 207 Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır
Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri
11:09 183 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav
16:06 122 Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura
11:06 211 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 202 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 402