Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb

Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıbHesablama Palatasının 2022-2023-cü illərdə "Bakı Metropoliteni" QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "Xocəsən" elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "Xocəsən" elektrik deposunun tikintisi obyekti üzrə "Yerinə yetirilmiş işlərin qəbulu Aktı" ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi;

- Metronun III yeni "Bənövşəyi" xəttinə aid "B04" stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə aid "B04" stansiyası Konstruktiv həllər layihəsi "B04" stansiyasının çıxışları obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı"nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı"nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B4" stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və "B04" stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı"nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "Xocəsən" elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı"nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "Xocəsən" elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "Xocəsən" elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

10.09.2026 199
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10.09.2026 336
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

10.09.2026 214
.

"Porsche" "Bugatti"ni 1 milyard avroya satdı

"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı

10.09.2026 118
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

10.09.2026 196
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

10.09.2026 216
.

Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib. xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib. "Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskini

10.09.2026 128
.

Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?

"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi

10.09.2026 237
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 185
.