Əhalinin batmış kapitalını kim kompensasiya edəcək? - AÇIQLAMA
Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 117 milyon manatdan artıq məcburi sosial sığorta vəsaiti vətəndaşların fərdi hesablarında əks olunmayıb.
Milli.Az xəbər verir ki, 2006-2016-cı illəri əhatə edən dövrdə bu uyğunsuzluğun əsas səbəbləri sığortaçıların təqdim etdiyi B3 formalarında sosial sığorta nömrələrinin göstərilməməsi və ya ümumiyyətlə bu hesabatların təqdim edilməməsi olub. 2017-ci ildən sonrakı mərhələdə isə əsas problem sığorta hesabatlarının tamamilə təqdim edilməməsidir.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, yeni hesabat sisteminə keçid zamanı bəzi şirkətlər sosial müdafiə fonduna edilən ödənişləri əməkdaşların fərdi hesablarında düzgün şəkildə qeyd etməyiblər. Onun sözlərinə görə, bu yanaşma gələcəkdə həmin vətəndaşların 117 milyon manat dəyərində pensiya hüququndan məhrum olması ilə nəticələnə bilər.
Xalid Kərimli eyni zamanda qeyd edib ki, bəzi şirkətlərin işçiləri VÖEN əsasında qeyri-rəsmi şəkildə işlətdiyi hallar qanun pozuntusu sayılır.
Hüquqşünas Hikmət Əliyevin fikrincə isə bu üsulla şirkətlər əmək münasibətlərini rəsmiləşdirmədən gizlətməyə çalışırlar.
"Əgər şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, birbaşa öz adından fəaliyyət göstərirsə, belə olan halda əmək müqaviləsi bağlamağa ehtiyac olmur. Lakin fəaliyyətə işçi cəlb olunarsa, mütləq həmin işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Birinci halda şəxsin fəaliyyəti rəsmiləşdirilir və vergiləri o özü ödəyir.Lakin VÖEN ilə işlədikdə vəziyyət fərqli olur. Bu halda ödəmələr daha aşağı həddə olur. Bu da gələcəkdə pensiya məbləğinin ciddi şəkildə az olması deməkdir".
Məsələ ilə bağlı ƏƏSMN-dən bildirildi ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri onların sığorta stajına daxildir. Yəni, bu onların pensiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınır. Hesablarına köçürülməmiş pensiya kapitalının bərpası üçün şəxslər çalışdıqları şirkətə və ya məhkəməyə müraciət etməlidirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 26 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
10.09.2026 199 Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10.09.2026 336 Bu məhsullar bahalaşıb - Siyahı
2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"
10.09.2026 214 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
10.09.2026 118 Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı
Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən
10.09.2026 196 Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?
"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-
10.09.2026 216 Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama
Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib. xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib. "Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskini
10.09.2026 128 Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?
"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi
10.09.2026 237 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 185