Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlanıb

Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlanıb"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"a qurumun sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın ən tanınmış küçələrində yerləşən yeni və köhnə yaşayış binalarındakı mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanılaraq rayon üzrə orta qiymət hesablanıb. Eyni zamanda yeni və köhnə tikililər arasında qiymət fərqləri müəyyən edilib.

Beləliklə, Nizami rayonunda yeni tikililərdə qiymət 2 780-3 025 manat, köhnə tikililərdə qiymət 2 533-2 610 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 633 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 9-15 % intervalındadır.

Xətai rayonunda yeni tikililərdə qiymət 2 020-3 408 manat, köhnə tikililərdə qiymət 1 806-3 050 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 467 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7-19 % intervalındadır.

Yasamal rayonunda yeni tikililərdə qiymət 2 205-3 985 manat, köhnə tikililərdə qiymət 1 940-3 182 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 822 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 5-24 % intervalındadır.

Nərimanov rayonunda yeni tikililərdə qiymət 2 517-3 980 manat, köhnə tikililərdə qiymət 2 312-3 250 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 006 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3,4-16,5 % intervalındadır.

Nəsimi rayonunda yeni tikililərdə qiymət 2 375-4 115 manat, köhnə tikililərdə qiymət 2 014-3 742 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 126 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3-45 % intervalındadır.

Binəqədi rayonunda yeni tikililərdə qiymət 2 583-2 941 manat, köhnə tikililərdə qiymət 1 536-2 710 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 563 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7-42 % intervalındadır.

Suraxanı rayonunda yeni tikililərdə qiymət 1 752-2 230 manat, köhnə tikililərdə qiymət 1 420-1 995 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 836 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 10-23 % intervalındadır.

Xəzər rayonunda yeni tikililərdə qiymət 1 930-2 195 manat, köhnə tikililərdə qiymət 1 635-1 845 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 913 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 14-24 % intervalındadır.

Sabunçu rayonunda yeni tikililərdə qiymət 2 120-2 562 manat, köhnə tikililərdə qiymət 1 875-2 239 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 226 manat təşkil edir. Yeni və köhnə tikililər arasında qiymət fərqi 10-17 % intervalındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mançester Yunayted"dən "Sabah"la bağlı ironik - Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" Azərbaycan klubu ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib. Diqqətçəkən məqam odur ki, "Sabah"ı

10.09.2026 239
.

Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı

Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb

10.09.2026 116
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

10.09.2026 189
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 225
.

12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə

İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr

10.09.2026 201
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10.09.2026 196
.

Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib

Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar

10.09.2026 135
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

10.09.2026 201
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

10.09.2026 199
.