Bu pasiyentlərin çılpaq görüntüləri yayıldı - FOTOLAR
Plastik cərrah Elçin Zodanov: Qadınların çılpaq görüntəlrin paylaşır… Pasiyentlərin hüquqlarını niyə pozulur?
Cəmiyyətimizin qarşısında yeni bir təhlükə: estetik cərrah Elçin Zodanovun qanunsuz əməlləri ictimai qınağa səbəb olub.
Son zamanlar plastik-estetik cərrah kimi fəaliyyət göstərən Elçin Zodanov barəsində çoxsaylı şikayətlər və ağır ittihamlar səsləndirilir. Onun fəaliyyəti təkcə tibbi səhlənkarlıqla deyil, həm də insan hüquqlarının kobud pozulması, şəxsi həyatın toxunulmazlığına qarşı açıq hücum və tibbdə qüsurlu halları ilə müşayiət olunur.
XALQ.AZ məlumat verir ki, Elçin Zodanov əməliyyat etdiyi qadınların razılığı olmadan onların çılpaq görüntülərini çəkir və bu fotoları özünün və əlaqəli olduğu sosial media hesablarında paylaşır. Bu addım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığı) ilə cinayət məsuliyyəti daşıyır.
Qanunvericiliyə görə, şəxsin razılığı olmadan onun şəkil və ya video görüntüsünün çəkilməsi, paylaşılması və ictimailəşdirilməsi ciddi hüquqi nəticələr doğurur və azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Azərbaycanda 42 nəfərin plastik cərrah kimi fəaliyyət göstərməsinə icazə verilib. Ancaq sosial şəbəkələrdə hələ də bəzi həkimlərin fəaliyyətlərinə davam etmələri ilə bağlı xəbərlər yayılıb.
Əldə olunan məlumatlara əsasən, ötən zamanlarda Elçin Zodanovun keçirdiyi əməliyyatlar zamanı bir neçə pasiyentin ölüm faktı qeydə alınıb. Bu hadisələrin səbəbləri gizlədilib, rəsmi sənədlərdə isə "təbii ölüm" kimi qeyd edilib.
Plastik cərrahların etik kodeksinə görə, pasiyentlərin bədəninə aid görüntülərin razılıq olmadan paylaşılması qəti şəkildə qadağandır və belə hallar həkimin lisenziyasının ləğv olunmasına səbəb olmalıdır. Elçin Zodanovun fəaliyyəti bu baxımdan da açıq şəkildə tibbi peşə etikasına ziddir.
Onun sosial şəbəkə hesablarında qadınların çılpaq görüntülərindən istifadə etməsi cəmiyyətə əxlaqsızlıq təbliğ edir və bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi (İctimai əxlaq normalarının pozulması) ilə inzibati və cinayət məsuliyyəti doğura bilər.
İctimaiyyət nümayəndələri belə hallara son verilməsini tələb edirlər. Məsələ ilə bağlı Elçin Zodanov bildirib ki, mən ümümi cərraham və işimi davam etdirirəm,paylaşımlara gəldikdə isə onu köməkçim edir və əməliyyat etdiyim qadınların əksəri xarici vətəndaşdır.deyə qeyd etdi.
Etik qaydalara görə Elçin Zodanovun sosial hesabında paylaşdığı fotoları üzərini bağlayıb təqdim edirik:



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1451 Tarix: 26 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 179 Bakıda təcili yardım maşınında yük daşınır - Video
Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB
16:33 119 Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v
11:20 177 Ağdam gözəl məkana çevrilir
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə
11:23 207 Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır
Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri
11:09 183 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav
16:06 122 Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura
11:06 211 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 202 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 402