Tulin kafedə qadını döyməkdə ittiham olunur

Tulin kafedə qadını döyməkdə ittiham olunurKikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl Nərimanov rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.

Döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətçi ərizəsində mübahisə zəminində Tulinin onu yumruqla vurduğunu deyib, məsələ ilə əlaqədar qanunauyğun tədbir görülməsini xahiş edib.

Polis tərəfindən aparılan istintaqla T.Ələkbərova xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən kikboksçu barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ilə kimi həbsə məhkum edilə bilər.

Qeyd edək ki, Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. O, ötən il sevgilisi tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1155   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ali Məhkəmədən müşahidə kameraları ilə bağlı mühüm qərar - VƏKİLDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında quraşdırılan müşahidə kameraları ilə bağlı mühüm hüquqi presedent formalaşıb. Azərbaycan Ali Məhkəməsi bildirib ki, vətəndaş öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdıra bilər. Lakin həmin kamera ümumi dəhlizi, qonşuların mənzil girişini

12:22 270
.

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı

Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda

09.07.2026 338
.

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - Açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Səhiyyə Nazirliyindən Axşam.az-a verilən xəbərə görə, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzr

15:39 184
.

Sevirdilər, evləndilər... Bəs niyə xoşbəxt ola bilmədilər? - Yeni nəsil evliliklərin acı həqiqəti - ARAŞDIRMA

Bir zamanlar evlilik insanlar üçün ömürlük verilən söz idi. Toy günü təkcə iki insanın deyil, iki ailənin də taleyi birləşirdi. Çətinliklər olurdu, mübahisələr yaşanırdı, amma insanlar münasibətlərini qorumaq üçün daha çox mübarizə aparırdılar. Bu gün isə mənzərə fərqlidir. Artıq boşanma xəbərləri he

18:45 1
.

İsrail müharibəyə qoşulmaq planları olmasa da, Trampın xahişi ilə ABŞ-a İrana qarşı kömək etməyə hazırdır

Qüdsdəki mənbələr cümə axşamı " New York Post" qəzetinə bildiriblər ki, ABŞ prezidenti Donald Trampın tələbi ilə İsrail İrana hücum etmək üçün ABŞ-a qoşulmağa hazırdır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, mənbələrdən biri bildirib ki, "Lazım gələrsə, bunu yenidən etməy

11:38 181
.

Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı

Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı

14:23 171
.

Çimərlikdə dəhşət: İldırım bir nəfərin həyatına son qoydu

ABŞ-da insanların üzdüyü suya ildırım düşməsi faciə ilə nəticələnib. xəbər verir ki, bu barədə WINK News məlumat yayıb. Hadisə Körfəz sahilində baş verib. İldırımın suya düşməsi nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Hadisə yerində olan istirahətçilər zərərçəkəni həyata qaytarmağa çalışsala

11:28 185
.

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bakıda bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək

17:21 85
.

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iylunun 11-də 38 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 isti, gündüz 31-3

13:07 188
.

TOP MP3