Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edib

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edibAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında" 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sahibkarlar Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Ulduz" şokolad fabrikini ziyarət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov tərəfindən qarşılanıb və ilk öncə "Ulduz" fabrikinin icraçı direktoru Kazım Babayev ziyarətçilərə müəssisənin fəaliyyəti, yerli və xarici bazarlar üçün istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Ardınca fabrikin məhsulları nümayiş etdirilib və istehsal prosesinin mərhələləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Fabrikin istehsal sahəsində keçirilən infotur zamanı müasir texnoloji avadanlıqların iş prinsipi, qablaşdırma və digər texnoloji proseslər barədə geniş məlumat verilib. Ziyarətçilər eyni zamanda fabrikin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş Mikrobioloji Laboratoriyanın fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, laboratoriyada Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslər üçün qida və qeyri-qida məhsullarının mikrobioloji analizi aparılır.

İnfoturun sonunda dəyirmi masa ətrafında müzakirələr aparılıb, Veysəloğlu Şirkətlər Qrupunun inkişaf dinamikasını əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu kimi iri biznes nümunələrinin fəaliyyəti ölkənin iqtisadi gücünün artmasına və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov isə bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Aydın Talıbov qeyd edib ki, biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.

Hər iki tərəf bəyan edib ki, bu kimi təmaslar dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Sonda sahibkarlar üçün yaradılan şəraitə və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə edilib.

30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Hazırda Şirkətlər Qrupunda 26 mindən artıq əməkdaş çalışır.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edibNizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edibNizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edibNizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto

KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia

10.09.2026 181
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

10.09.2026 216
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10.09.2026 336
.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10.09.2026 125
.

"Mançester Yunayted"dən "Sabah"la bağlı ironik - Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" Azərbaycan klubu ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib. Diqqətçəkən məqam odur ki, "Sabah"ı

10.09.2026 239
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

10.09.2026 199
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10.09.2026 322
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10.09.2026 188
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10.09.2026 196
.