Ukrayna onu Azərbaycana təhvil verdi

Ukrayna onu Azərbaycana təhvil verdi"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlar oğlunun Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1196   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tarix onları cəzalandıracaq" - Zelenskidən mesaj

Ukrayna Prezidenti Volodimir Zelenski rusların Avropa ölkələrindən qovulması ilə bağlı səsləndirilən açıqlamaları kəskin tənqid edib. xarici mediaya istinadən xəbər verir ki, Zelenski onun adından yayılan bu cür bəyanatları "əxlaqsızlıq" adlandırıb və belə çağırışların qəbuledilməz olduğun

12:16 150
.

ABŞ yüksək səviyyəli danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır

ABŞ ordusu Cenevrədə İranla planlaşdırılan danışıqlardan əvvəl Yaxın Şərqdə hava və dəniz qüvvələrinin əhəmiyyətli dərəcədə artırılmasını davam etdirir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, məsələ ilə tanış olan çoxsaylı mənbələr CNN-ə bildiriblər ki, hissələr həm Tehranı qorxutmaq, həm də nüvə proqram

10:51 158
.

Bank filialları hədəfdə - naməlum şəxslər 14 seyf qutusunu ələ keçirdi

Almaniyanın aşağı Saksoniyanın Schöningen şəhərində Volksbank filialında daha bir səs-küylü bank soyğunu baş verib. xarici mediaya istinadən xəbər verir ki, mavi iş geyimində olan üç naməlum şəxs bankın zirzəmisinə pəncərədən girərək 14 seyf qutusunu açıb və sonra aşkarlanmadan hadisə yerindən qaçıblar

11:17 166
.

Televiziyalar sosial şəbəkələrə uduzur? Aparıcıların YouTube seçimi müzakirə yaradır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər televiziya məkanında diqqət çəkən bir qərar müzakirələrə səbəb olub. Tanınmış aparıcılar - Həmid Hərisçi və İlhamiyyə Rza televiziya karyeralarına son qoyaraq fəaliyyətlərini bundan sonra YouTube platformasında davam etdirəcəklərini açıqlayıblar. Bu qərar təkcə iki aparıcının şəxsi seçim

11:42 161
.

Avtomobil bazarında nələr baş verir? - İqtisadçı maraqlı rəqəmləri açıqladı

"Azərbaycan iqtisadiyyatı "çox qəribə məfhumdur" və bunun əsas səbəbi ölkə iqtisadiyyatının sistemli şəkildə araşdırılmamasıdır. Ümumi iqtisadi qanunlar bütün ölkələr üçün eynidir, lakin bölgələr üzrə iqlim, yerli resurslar və digər amillər fərqlər yarada bilər. Məsələn, Azərbaycanda nef

16.02.2026 337
.

Nikol Paşinyanla Anna Akobyan ayrıldı

Ermənistanın baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akobyanın vətəndaş nikahı sona çatıb. Qaynarinfo xəbər verir ki, bu barədə Akobyan "Facebook" yazıb. "Əziz həmvətənlərim,. Sizə bildirmək istəyirəm ki, baş nazir Nikol Paşinyanla vətəndaş nikahım sona çatdı. Hər kəsdən bu mövzud

10:25 411
.

Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan-Serbiya əlaqələri ildən-ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyəd

10:32 171
.

Azərbaycanla Serbiya arasında münasibətlərinin inkişafı hər iki xalqın maraqlarına xidmət edir

Azərbaycan və Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub və ötən dövr ərzində əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində dinamik inkişaf edib. İki ölkə arasında münasibətlər qarşılıqlı etimad, dostluq və siyasi iradəyə əsaslanır. Fevralın 15-də Azərbayca

10:34 164
.

Cenevrədə üçtərəfli görüş - Rusiya və Ukrayna masaya oturur

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Cenevrədə keçiriləcək üçtərəfli danışıqlarda iştirak etmək üçün yola düşüb. xarici mediaya istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti də artıq Cenevrəyə çatıb. Rüstəm Umerovun sözlərinə görə, danışıqları

12:02 185
.

TOP MP3