Azərbaycan–Çin əlaqələri: Yeni dünya düzənində strateji əməkdaşlıq

Azərbaycan–Çin əlaqələri: Yeni dünya düzənində strateji əməkdaşlıqÇin dünyanın ən böyük və güclü dövlətlərindən biridir. Qarşılıqlı faydalı əməkdaşlıq prinsipini rəhbər tutan Azərbaycan, Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx və perspektivli əlaqələrə malikdir. İki ölkə arasında möhkəm diplomatik və mədəni münasibətlər formalaşıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan–Çin münasibətlərinin güclənməsi həm geosiyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir:

Azərbaycan–Çin əlaqələri: Yeni dünya düzənində strateji əməkdaşlıq"ABŞ–Çin münasibətlərindəki gərginlik fonunda Çin üçün yeni bazarlara və kommunikasiya xətlərinə çıxış imkanı olduqca vacibdir. Azərbaycan isə öz coğrafi mövqeyi ilə strateji tranzit ölkə hesab olunur," – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Çin Azərbaycan vasitəsilə Avropaya çıxış əldə etmək istəyir və bu ölkəmizin regiondakı əhəmiyyətini daha da artırır. İki ölkə arasında artıq strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb ki, bu da Pekinin Bakıya verdiyi əhəmiyyəti bir daha sübut edir.

"Azərbaycan da öz növbəsində, iqtisadi imkanları geniş olan bir dövlətlə – Çinlə – əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Avropa Birliyinin bəzən qərəzli münasibətinə qarşı alternativ əməkdaşlıq istiqamətləri axtarmaq, Azərbaycanın xarici siyasətində yeni perspektivlər açır," – deyə Elçin Xalidbəyli vurğulayıb.

Politoloqun fikrincə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS kimi beynəlxalq birliklərdə təmsil olunmaq niyyətini də bəyan edib ki, bu qurumlarda da Çinin həlledici təsiri mövcuddur.

"Azərbaycanın Çinlə münasibətləri gücləndirməsi, onu qlobal Cənubun aparıcı söz sahibi olan ölkələri sırasında qərarlaşdıra bilər. Yeni dünya düzənində Azərbaycanın öz mövqeyini möhkəmləndirməsi üçün Çinlə strateji əməkdaşlıq əvəzolunmazdır," – deyə o bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Azərbaycanın xarici siyasətinin növbəti uğuru

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas

14:38 225
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 183
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 193
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 283
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 200
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16:48 90
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

17:29 0
.

Artıq azad Ağdamda Şəhər Günü keçirilir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat

10:50 183
.