Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT

Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏTBakı şəhər sakini Zarina Minkovskaya "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevadan şikayətçidir.

BiG.AZ BakuPost.az-a istinadən xəbər verir ki, pasiyent kosmetoloqun həyata keçirdiyi prosedurdan sonra sağlamlığında ciddi problemlər yarandığını bildirib.

Z.Minkovskayanın sözlərinə görə, 5-6 il əvvəl o, "Instagram"da Gülsüm Əliyevanın və onun çalışdığı klinikanın reklamını görüb:
"Mənə burada 1000 manat məbləğində prosedur olundu. 2024-cü ildə yenidən Gülsüm Əliyevaya ayaqlarıma prosedur etdirdim. Bu dəfə 1300 manat xərcim çıxdı.

İkinci prosedur zamanı dedi ki, biz artıq gellə işləmirik, piylə işləyirik, qarın nahiyəsindən götürüb köçürürük. Mən soruşdum ki, bu reaksiya verməz? Axı siz, əvvəl geldən istifadə etmisiniz? Dedi ki, heç bir problem olmayacaq, çünki artıq ayaqlarında gel qalmayıb. Mən də ona inandım. Gəldim və proseduru icra etdi. Qeyd edim ki, onlar pulu kassa vasitəsilə deyil, kartdan-karta aldılar. Bu təqribən 2024-cü il martın sonlarında, təkrar korreksiya isə səhv etmirəmsə, mayda oldu".

Şikayətçi deyir ki, təkrar korreksiyadan sonra ağrıları başlayıb:
"Mən bu barədə Gülsüm Əliyevaya dedim. O bildirdi ki, bu normal haldır, keçib gedəcək. Ancaq mənim vəziyyətim pisləşdi, ağrılarım daha da artdı. Prosedur olunan və iltihab prosesi başlayan nahiyədə temperatur artdı. Yenə onunla görüşdük. Dedi ki, mən xaricə gedirəm. O, vaxtaşırı Türkiyəyə işləməyə gedirdi. Mənə 5 günlük sistem və antibiotiklər təyin etdi..

Müalicənin birinci günü antibiotiki qəbul edəndən sonra ayağım şişdi. Hətta ayağa qalxa bilmirdim. Gülsüm Əliyeva artıq Türkiyədə idi, mən ona zəng etdim ki, yerimdən qalxa bilmirəm, ayağım tamam şişib. O dedi ki, qorxma, antibiotikləri qəbul et, sistemi köçür, keçəcək. Yenə antibiotik qəbul etdim və səhəri bir az yüngülləşdim. Gəzirdim, amma axsayırdım. 5 gün həmin müalicəni etdim. İyunun 27-də mən onun yanına getdim, skalpellə ayağımı deşdi. Yaradan xeyli irin axdı. Kosmetoloq yaranı yudu və dedi ki, söz verirəm, 10 günə keçəcək. Amma üstündən 3-4 ay keçdi, xeyri olmadı. Hər dəfə söz verirdi ki, keçəcək, olmurdu".
Z.Minkovskaya deyir ki, nəyinsə yolunda getmədiyini başa düşüb:
"Ona görə də, başqa klinikaya gedib USM etdirdim. Orada həkimlər öz aralarında danışanda, eşitdim ki, maye böyük venaya keçib və yuxarı qalxıb. Dedilər ki, hər iki ayağımdan geli təcili təmizləmək lazımdır. Çünki artıq sağ ayağımda da, sol ayağımda olduğu kimi, iltihab başlayacaq. Elə də oldu, 8 aydan sonra - yanvarda sağ ayağımda da iltihab başladı. Mən zəng edib Gülsüm Əliyevaya ikinci ayağımda da iltihab yarandığını dedim. Bildirdim ki, həkimlər deyir, oradan geli çıxarmaq lazımdır. Dedi ki, yox, lazım deyil, keçəcək. Ona ayağımda yaranan qırmızı ləkənin fotosunu göndərdim. Dedi ki, bu, yəqin allergiyadır, 3-4 günlük antibiotik yazıram, tezliklə keçəcək.

Şikayətçinin sözlərinə görə, onun ayağındakı yara nəinki sağalmayıb, əksinə əvvəlki yara da açılmağa başlayıb:

"Ona görə də, digər klinikada mənə 9 dəfə drenaj qoydular və oradan gel axdı. Peşəkar həkimin yanında 1 aylıq müalicədən sonra sağ ayağım bərpa olundu. Bütün bunlara görə mən iki ay yataq rejimində oldum, işimi itirdim, mənə xeyli maddi və mənəvi ziyan dəydi. Aylarla davam edən müalicə xərclərini özüm ödəmişəm və ödəməyə davam edirəm.

Bütün bunlar azmış kimi, bu barədə sosial şəbəkədə yazandan sonra Gülsüm Əliyevanın direktoru olduğu "VMR Estetik" klinikası məndən polisə şikayət edib. Vəkilimlə birlikdə bu gün polisə gedəcəyəm. O, bir dəfə mənim yaramı yuyanda dəhşətli dərəcədə ağrıdırdı, ağlayır, qışqırırdım. Dedi ki, sən mənim pasiyentlərimi qorxudursan, belə etsən, daha sənə baxmayacağam. Pasiyentlərlə düzgün davranmır. Onun prosedurlarından zərər çəkən digər pasiyentlər də var. Mən dəyən maddi və mənəvi ziyanın qarşılanmasını tələb edirəm".

Z.Minkovskaya onu da bildirib ki, məsələ ilə bağlı yanvar ayında Nərimanov Rayon Prokurorluğuna şikayət edib:

"Ancaq onlar günahlarını etiraf etmirlər. Ona görə də, iş davam edir, hələlik yekun cavab yoxdur".

Məsələ ilə bağlı suallara Gülsüm Əliyevanın əvəzinə özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verdi.

O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:

"Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyəti orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Səhiyyədə istənilən xidmətdə əks təsirlər ola bilər. Bu məsələdən ajiotaj yaratmaq lazım deyil. Xanıma yetərincə tibbi yardım göstərilib. O, həkimdən 15-25 min tələb etmişdi. Canlı yayımda isə 1500-ə düşdü. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik".

Məlumat üçün bildirək ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özünün və uşaqlarının həyatına ciddi təhlükə yarandığını bildirib. Jurnalistin sözlərinə görə, o, diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevanın qanunsuz fəaliyyəti, Gəncədə Gülbəniz Bayramova adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olması məsələsini gündəmə gətirib.

Q.Ataşova bildirib ki, bundan sonra Gülsüm Əliyevanın həyat yoldaşı Vüsal Həsənov onu təhqir edib, atası Eldəniz həm özünü, həm də övladlarını ölümlə hədələyib.

Qeyd edək ki, jurnalist məsələ ilə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 185
.

KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto

KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia

10.09.2026 181
.

Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi

10.09.2026 132
.

Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA

NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə

10.09.2026 254
.

Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib. xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib. "Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskini

10.09.2026 128
.

Harri İngiltərədə xoşbəxt deyil

Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə

10.09.2026 157
.

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı

10.09.2026 292
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 225
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10.09.2026 322
.