Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı (VİDEO)
Bakıda köhnə, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü davam edir.
Qaynarinfo Xəzər TV-yə istinadən bildirir ki, Xətai, Sabunçu, Suraxanı rayonlarında söküntü aparılacaq ünvanlar açıqlanıb.
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir neçə qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi, Babək küçəsi 23, N. Allahverdiyev (keçmiş Frunze) küçəsi 16 və 6-cı Mədən küçəsi 38 ünvanlarında yerləşən binaların sakinlərinə birdəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi barədə müvafiq qurumlar tərəfindən qərar verilib.
Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ev 87, Xətai rayonu, Oksigen küçəsi ev 1, Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar da söküntü işlərinin başlanacağı ünvanlar siyahısında yer alıb.
Qeyd olunan binalarda mənzillərin sahələrinin müəyyənləşdirilməsi ilə bağlı ölçü işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sabuncu və Xətai rayon İcra Hakimiyyətlərindən bildirilib ki, artıq investorlar cəlb olunub, işlər mərhələlərlə davam etdiriləcək.
Qəzalı binaların sakinləri isə hələlik onlara kompensasiya ilə bağlı konkret söz deyilmədiyini bildirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur.
Xətai, Sabunçu, Suraxanı rayonlarında qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.
Daha ətraflı videomaterialı təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2904 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 185 KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto
KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia
10.09.2026 181 Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"
Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi
10.09.2026 132 Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
10.09.2026 254 Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama
Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib. xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib. "Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskini
10.09.2026 128 Harri İngiltərədə xoşbəxt deyil
Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə
10.09.2026 157 "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"
Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı
10.09.2026 292 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 225 Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10.09.2026 322