Film yox, həqiqət: O gecə nələr baş verib? - "Titanik"in kapitanının dəhşətli hekayəsi

Film yox, həqiqət: O gecə nələr baş verib? - "Titanik"in kapitanının dəhşətli hekayəsi1997-ci ildə Ceyms Kemeronun rejissoru olduğu, baş rollarda Keyt Vinslet və Leonardo DiKaprionun oynadığı "Titanik" filmi 1912-ci ildə baş verən fəlakətin illər sonra yenidən gündəmə gəlməsində mühüm rol oynayıb. Filmdə "Titanik"in kapitanı Edvard Con Smitin qəhrəmancasına ölüm səhnəsi yadda qalan anlar arasındadır. Ancaq 15 aprel 1912-ci ildə baş verənlərin gerçəkdə bununla heç bir əlaqəsi yoxdur.

Kapitan özünü vurubmu?

Qaynarinfo xəbər verir ki, qəzadan üç gün sonra, 18 aprel 1912-ci ildə ABŞ-da yayımlanan "Los Angeles Express" qəzeti "Kapitan E. C. Smit özünü vurdu" başlıqlı xəbər yayıb. Ertəsi gün "Daily Mirror" qəzeti də oxşar bir məlumatla çıxış edib. Həm Nyu-Yorkda, həm də Londonda aparılan istintaqlarda sağ qalan sərnişinlərin ifadələri bu versiyanı gücləndirib. Bəziləri kapitanın çoxlu spirtli içki qəbul etdiyini, digərləri isə buz dağlarına dair xəbərdarlıqları görməzlikdən gəldiyini iddia edib.

O dövrün ənənələrinə görə, kapitanların şərəfli şəkildə batmaqda olan gəmi ilə birgə ölmələri gözlənilirdi. Bu səbəbdən "White Star Line" şirkətinin ulduz kapitanı və dövrünün ən yüksək maaşlı dənizçilərindən biri olan Smitin intihar etdiyi iddiaları böyük biabırçılıq kimi qarşılanıb.

Yeni kitab iddiaları alt-üst etdi

Dan Parkes tərəfindən yazılan və bu yaxınlarda yayımlanan "Titanic Legacy: The Captain, The Daughter and The Spy" adlı kitab bu mübahisəyə qəti son qoymaq niyyəti daşıyır. Parkes Smitin öz həyatına son vermədiyini, əksinə, ya boğularaq, ya da donaraq ölən 1496 nəfərdən biri olduğunu iddia edir. O, illərlə apardığı araşdırmalara əsaslanaraq, kapitanın nüfuzuna qəsdən xələl gətirildiyini, uydurma hekayələrlə haqsız yerə hədəf seçildiyini bildirir.

Bernard Hill "Titanik" filmində kapitan Smiti canlandırıb

Kitabda göstərilir ki, qəzadan 3 ay sonra Merilandda yaşayan bir kişi kapitanın hələ də sağ olduğunu iddia etmiş, daha sonra "Life" jurnalında Ohayoda yaşayan bir adam "Mən "Titanik"in kapitanıyam" demişdi. Parkes bu məlumatların cəfəngiyat olduğunu, Smitin sürət və buz dağları barədə xəbərdarlıqlara məhəl qoymadığına dair heç bir dəlil olmadığını qeyd edir.

"O, bir qəhrəman kimi öldü"

Kapitan Smitin intihar etmədiyini, əksinə qəhrəmancasına davrandığını təsdiqləyən şahidlər də var. Birinci sinif sərnişini, bankir Robert Uilyams Daniel "New York Herald" qəzetinə bildirib ki, kapitanı son dəfə gəminin körpüsündə görüb və onun suya batdığının şahidi olub. Smitin köməkçisi Artur Peyntin isə son dəfə kapitanla birgə körpüdə görüldüyü bildirilir.

Kapitan Edvard Con Smit

Xilasedici Frederik Harris "Western Daily Mercury" qəzetinə açıqlamasında, kapitanın bir uşağı qucağına alaraq qayıa çatdırdığını, lakin özü minmədiyini söyləyib. Eyni zamanda, saxta adla gəmiyə minən dələduz Corc Brebreton "Brooklyn Daily Eagle" qəzetinə verdiyi müsahibədə Smitin suda bir uşağı xilas edib, sonra isə batmaqda olan gəmiyə doğru üzməyə davam etdiyini deyib.

İntihar, yoxsa nüfuz sui-qəsdi?

Parkes intihar iddialarının əsasız olduğunu, belə ifadə verənlərin çoxunun gəmi batmadan xeyli əvvəl xilasetmə qayıqlarında olduğunu vurğulayır. O, bu iddiaların kapitanın dul həyat yoldaşı Elinor (1931-ci ildə vəfat edib) və qızı Melinin (1973-cü ildə vəfat edib) həyatlarını alt-üst etdiyini, bunun bir növ "nüfuz sui-qəsdi" olduğunu bildirir.

Parkesin fikrincə, həmin gecə həyatda qalan sərnişinlər yaşadıqları travma səbəbindən kimisə günahlandırmaq ehtiyacı hiss ediblər və bu səbəbdən Smit hədəfə çevrilib.

"Mən də onunla batacağam"

Kitabda qeyd olunur ki, Smit illər öncə bu aqibətini proqnozlaşdırmışdı. İkinci kapitan Uilyam Merdokun həyat yoldaşı Adanın gəminin hazır olmadığına dair narahatlığına cavab olaraq Smit demişdi: "Əgər dünyanın ən böyük sərnişin gəmisi batarsa, mən də onunla batacağam".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Azərbaycanın xarici siyasətinin növbəti uğuru

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas

14:38 225
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 183
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 193
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 283
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 200
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16:48 90
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

17:29 0
.

Artıq azad Ağdamda Şəhər Günü keçirilir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat

10:50 183
.