Hisə verilmiş məhsullar: Cəlbedici dadın arxasında gizlənən təhlükə

Hisə verilmiş məhsullar: Cəlbedici dadın arxasında gizlənən təhlükəHisə verilmiş ət, balıq, pendir, kolbasalar – bu iştahaaçıcı məhsullar xüsusilə bayram süfrələrində və pikniklərdə tez-tez yer alır. Lakin onların cazibədar görünüşü və cəlbedici ətri arxasında ciddi sağlamlıq riskləri gizlənir ki, bir çox insan bunun fərqində belə deyil.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, hisə verilmiş məhsullar (balıq, kolbasa, pendir, toyuq və s.) qida sənayesində geniş yayılan tüstüləmə üsulu ilə hazırlanır. Bu üsul məhsulun dadını artırmaq, mikroorqanizmlərin inkişafını əngəlləmək və saxlanma müddətini uzatmaq məqsədi daşıyır. Lakin bu cür qidaların tərkibi və hazırlanma prosesi sağlamlıq üçün bir sıra risklər yaradır.

Kanserogen maddələr:
"Tüstüləmə zamanı qidaya müxtəlif kimyəvi maddələr hopur. Xüsusilə poliaromatik karbohidrogenlər (PAK) və nitrozaminlər kimi kanserogen birləşmələr bu prosesin nəticəsidir. Hisə verilmiş məhsulların tez-tez istehlakı uzunmüddətli dövrdə mədə-bağırsaq, qida borusu və mədəaltı vəzi xərçəngləri riskini artırır", – deyə mütəxəssis qeyd edib.

Yüksək duz tərkibi:
Bu məhsullar adətən çoxlu miqdarda duzla hazırlanır. Duzun normadan artıq qəbulu hipertoniya, böyrək xəstəlikləri və ürək-damar problemləri riskini artırır.

Kimyəvi qatqılar:
Hisə verilmiş məhsullar çox zaman konservantlar, rəngləndiricilər və digər kimyəvi qatqılarla zəngin olur. Bu maddələr bəzi insanlarda allergik reaksiyalar, həzm pozğunluqları, dəri problemləri və hormonal disbalans yarada bilər.

Hisə verilmiş məhsullar: Cəlbedici dadın arxasında gizlənən təhlükəXüsusi risk qrupları:
Uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər bu cür məhsullardan uzaq durmalıdırlar.

Ölüm riski varmı?
Bu məhsullar birbaşa ölümə səbəb olmasa da, xərçəng, infarkt və insult kimi ağır xəstəliklərə zəmin yaradır. Həmçinin düzgün saxlanmayan və ya keyfiyyətsiz şəkildə hazırlanmış məhsullar botulizm kimi ölümcül zəhərlənmələrə səbəb ola bilər.

Nə etməli?
Hisə verilmiş qidaların istehlakı nadir hallarda və ölçülü şəkildə olmalıdır. Mümkün qədər təzə və təbii məhsullara üstünlük verilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 886   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

10.09.2026 189
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10.09.2026 336
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10.09.2026 196
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10.09.2026 203
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10.09.2026 219
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

10.09.2026 205
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

10.09.2026 216
.

Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA

NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə

10.09.2026 254
.

Harri İngiltərədə xoşbəxt deyil

Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə

10.09.2026 157
.