Prezident İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaqPrezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı 2 469 şəxsə şamil olunacaq.

BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilir.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2 500 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2 469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3.2 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 187
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

12:39 223
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 241
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 216
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:01 222
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 228
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 283
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 183
.