Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR

Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏRTərtərdə bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.

Şahidlər bildirir ki, pəncərədən baxarkən uşağın birinin yerdə öldüyünü görüblər.

Hadisə yerindən görüntülər təqdim edirik:

17:51
Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi detallar məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.

BiG.AZ xəbər verir ki, bu barədə teleqraf.az-a ailənin yaxınları məlumat veriblər.

Qeyd olunub ki, ailə qəsəbədə 2 il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış.

Hadisədən əvvəlcə qonşular xəbər tutublar. Onlar saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görərək mənzilə daxil olublar və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.

Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəlib, araşdırma aparılır.
Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə olunmayıb. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib", - Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov bildirib.

O, ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb: "Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmətkeş adam idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2686   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 187
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

12:39 223
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 241
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 216
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:01 222
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 228
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 283
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 183
.