"Uğur 777" Klinikasında: Saxta diplomlar, qüsurlu əməliyyatlar…
Bugünkü Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi "Uğur 777" adlı klinika və onun arxasında duran Xəyalə İsmayılovadır.
Bu gün "estetik əməliyyatlar" adı ilə qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə yox, insanlıq adına da bir ləkədir. Sponsorluq etdiyi reklamlarla, "endirim kampaniyası" pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinika, əslində bir estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanıdır.
Bakunews.az xəbər verir ki, Xəyalə İsmayılova "həkim" titulunu daşıyır, amma nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə ictimaiyyəti aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi məsuliyyət yox, həm də mənəvi bir cinayətdir.
Ən acınacaqlısı odur ki, bu "həkim" əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Nəticə? Zərərçəkən, öz bədənində silinməyəcək izlərlə, əzabla və utancla yaşamağa məhkum olur.
Üstəlik, şikayət edən qadınlara qarşı istifadə edilən "susturma taktikaları" – "hara istəyirsən, şikayət et", "pulları verib şikayəti sildirəcəm" kimi təhdid dolu cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur.
Vətəndaşları təhqir edən "sanitar" Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq, qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, bu klinikanın iç üzü və idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha göstərir. Xəyalə İsmayılovanın müştəri yox, "qurban" axtarışı, onun məqsədinin müalicə deyil, mənfəət olduğunu göstərir.
Sual budur: bu qədər şikayət, bu qədər sübut qarşısında niyə hələ də hüquqi addımlar atılmır? Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu məsələdə niyə susur?
Bu biabırçı vəziyyətə son verilməlidir. "Uğur 777" klinikasında zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dayana bilməlidir.
Və sonda qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi heçdə öz təstiqin tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən onun sözçülərinin iddialarındakı kimi heçnəyə rast gəlinməməkdədir ki, Nazirliyin yaydığı siyahıda həkim olaraq adına rast gəlmək mümkün olmadı. Həmin siyahınıda olduğu kimi sizlərə təqdim edirik.
Biz mövzunu diqqətdə saxlayaraq məsələ ilə bağlı zərərçəkmişlərin video müsahibələrini sizlərə növbəti araşdırmalarımızda təqdim edəcəyik. Bakunews.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 940 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama
İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı
20:00 2 Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü i
17:28 218 "Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"
Müğənni İradə İbrahimova illər əvvəl Türkiyədə yaşadığı çətin günlərdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Söhbət var" verilişində açıqlama verib. İbrahimova 2013-cü ildə Türkiyədə məşhur olmaq istədiyini, amma etibar etdiyi insanların ona ciddi zərbə vurduğunu bildirib:
22:00 1 Xiyarın xarab olduğunu müəyyən etməyin əsas ƏLAMƏTLƏRİ
Xiyar zahirən təzə görünsə də, içəridən xarab olmağa başlamış ola bilər. Mütəxəssislər tərəvəzin istehlaka yararlı olub-olmadığını müəyyən etməyə kömək edən bir neçə əsas əlaməti açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, tərkibinin 96 faizdən çoxu sudan ibarət olduğu üçün xiyar digər tərəvəzlərl
18:35 111 Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib. Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələs
15:02 181 Ali Məhkəmədən müşahidə kameraları ilə bağlı mühüm qərar - VƏKİLDƏN AÇIQLAMA
Çoxmənzilli yaşayış binalarında quraşdırılan müşahidə kameraları ilə bağlı mühüm hüquqi presedent formalaşıb. Azərbaycan Ali Məhkəməsi bildirib ki, vətəndaş öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdıra bilər. Lakin həmin kamera ümumi dəhlizi, qonşuların mənzil girişini
12:22 290 İran danışıqlardan imtina etdi
İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə yekun razılaşma üzrə danışıqlara hazır olmadıqlarını açıqlayıb. BİG.AZ ABC News-a istinadən xəbər verirki, Əraqçinin sözlərinə görə, Vaşinqton təhdidlərini davam etdirdiyi və əvvəlki öhdəliklərinə əməl etmədiyi müddətdə Tehran danışıqlar masasına qayıtmayacaq
20:00 0 Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi
Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın
16:04 228 ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır
CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət
19:42 53