Azərbaycanda demoqrafik böhran: Gənclər evlənə bilmir, millət qocalır

Azərbaycanda demoqrafik böhran: Gənclər evlənə bilmir, millət qocalır"Əhalinin artım səviyyəsinin azalması problemi getdikcə daha da kəskinləşir. Dəfələrlə bu məsələ ilə bağlı yazılıb, danışılıb, hətta həyəcan təbili çalınıb. Lakin cəmiyyət, media, deputatlar və digər qurumlar problemin yalnız ən ağır mərhələyə çatdıqdan sonra narahatlıq keçirməyə başlayıb".

Bu fikirləri BiG.AZ-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib.

O, qeyd edib ki, artımın azalmasının ən böyük səbəbi sosial-iqtisadi vəziyyətlə bağlıdır. Son illər ərzində əhalinin maddi durumunun aşağı olması ilə əlaqədar olaraq evlənmələrin sayı kəskin şəkildə azalıb. Gənclər evlənmək üçün kifayət qədər resursa malik deyillər – nə evi var, nə də daimi işi. Minimum əməkhaqqı ilə ailə saxlamaq qeyri-mümkündür. Üstəlik, cəmiyyətimizdə ailə qurmaq böyük maddi xərclər tələb edir.

Dəbə çevrilmiş dəbdəbəli toy mərasimləri, külli miqdarda pul xərci tələb edən cehiz sistemi – bütün bunlar gənclərin ailə qurmasına əngəl yaradır. Təkcə cehiz xərcləri bəzən 20-30 min manat civarında dəyişir. Bu isə ailə qurmaq istəyən gənclər üçün böyük bir maneəyə çevrilib"

Azərbaycanda demoqrafik böhran: Gənclər evlənə bilmir, millət qocalır"Mövcud ailələrdə də uşaqların sayı azalıb. Cəmiyyət getdikcə az uşaqlı ailə modelinə keçir. Əksər ailələr yalnız bir uşaqla kifayətlənir. Orta statistik azərbaycanlı bir uşağı belə çətinliklə böyüdə bilir. Bu isə bir millət üçün ciddi demoqrafik təhlükədir. Milli genofondun və ailə sisteminin zəifləməsi, millətin qocalması və gələcəkdə sayca azalması deməkdir.

Bir cəmiyyətin davamlılığı üçün ailədə minimum 3 uşaq olmalıdır. Lakin hazırda gənclərin sayı kəskin azalır, yaşlı nəsil isə artmaqdadır. Bu nisbət bir neçə onillikdən sonra millətin davamlılığı üçün təhlükə yarada bilər.

Artımın azalmasının digər səbəbi isə mənəvi-psixoloji amillərlə bağlıdır. Maddi imkanı olan bəzi ailələr belə müasir həyat tərzinə uyğun olaraq evliliyə və çox uşaqlı ailəyə maraq göstərmirlər. Onlar şəxsi rahatlıqlarını prioritet hesab edərək, ailə qurmaq və ya bir uşaqdan artıq övlad sahibi olmağı istəmirlər. Bu isə cəmiyyətin mənəvi deqradasiyasının nəticəsidir.

Dünyanın bir çox ölkəsində bu problemin qarşısını almaq üçün ciddi dövlət proqramları həyata keçirilir. Ailələrə yardım paketləri təklif olunur. Məsələn, Çin artıq bir uşaq siyasətinin faciəvi nəticələrini görərək bu qanunu ləğv edib. Bəzi ölkələrdə uşaq doğumuna görə ailələrə birdəfəlik yüksək məbləğdə maddi yardım göstərilir, uşaq pulları verilir. 3 və daha çox uşaqlı ailələrə torpaq, ev və digər əmlak hədiyyə olunur. Rusiyada isə 20 il evli qalıb 3 və daha çox uşaq böyüdən ailələrə xüsusi mükafatlar təqdim edilir.

Təəssüf ki, Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmır. Gənc ailələr hər cür dəstəkdən məhrumdur. Evlənmək sözünün kökündə "ev" dayanır. Amma evsiz cütlüklərdən möhkəm ailə qurmaq gözləmək reallıqdan uzaqdır. İşsizlik, az gəlir, gənclərin ölkəni tərk etməsi evlənmə faizini aşağı salır.

Dövlət bu məsələ ilə bağlı təcili və sistemli tədbirlər görməlidir. Gənc ailələrə dəstək verilməli, uşaq pulları tətbiq olunmalı, boşanma hallarının qarşısını almaq üçün qanunvericilik təkmilləşdirilməlidir. Dəbdəbəli və bahalı toy mərasimlərinin qarşısı alınmalı, ailələr maddiyyat yox, mənəviyyat üzərində qurulmalıdır.

Əks halda, bir neçə onillik sonra demoqrafik tənəzzül bizi tarix səhnəsindən silə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.