Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
"ABŞ Prezidenti Donald Tramp tərəfindən genişmiqyaslı rüsumların dayandırılması Çinə (ÇXR) Ağ Ev rəhbərinin "ağrılı nöqtəsi" olduğunu göstərib".
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times"da (NYT) dərc olunan məqalədə bildirilir.
Qeyd edilir ki, rüsumların tətbiqini dayandırmaqla Tramp faktiki olaraq əsas rəqibi olan Çin lideri Si Cinpinə güzəştə gedib. ÇXR sədri, ABŞ prezidentindən fərqli olaraq, mütləq hakimiyyətlə idarə edir və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Çin xalqının çətinliklərə dözməsinə hazırdır. Hətta bu məqsədlər 1958-1962-ci illərdə "Böyük sıçrayış" siyasəti dövründə olduğu kimi iqtisadi və humanitar fəlakətlərə (həmin vaxt 10 milyonlarla çinli aclıqdan həlak olmuşdu) gətirib çıxarsa da…
Çində sosial şəbəkələr hazırda ABŞ ilə qarşıdurmada qətiyyətlə müqavimət göstərmək və sona qədər dayanmaq çağırışları ilə doludur. Çin XİN-in nümayəndəsi Mao Nin kimi rəsmi şəxslər ABŞ-ni bir zərbədən dağılacaq "kağız pələng"ə bənzədirlər.
Eyni zamanda, Tramp maliyyə bazarlarının, Uoll-stritin və onu dəstəkləyən milyarderlərin təzyiqini tam şəkildə görməzdən gələ bilmədiyini göstərib. Onların bir çoxu, o cümlədən İlon Mask, prezidentin tarif siyasəti ilə razılaşmadıqlarını bildiriblər. Tramp rüsumların dayandırılmasının bazarların düşməsi ilə əlaqəli olmadığını bildirsə də, NYT hesab edir ki, bu vəziyyət onun zəif nöqtəsini üzə çıxarıb.
Lakin Si Cinpinin də öz "ağrılı nöqtəsi" var - o, iqtisadi problemlərin Kommunist Partiyasının hakimiyyətinin legitimliyini təhlükə altına almasına imkan verə bilməz. ABŞ tarifləri isə Çin ixracatına - ÇXR iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə zərbə vurur.
Beləliklə, ABŞ və Çin arasındakı ticarət müharibəsində milli maraqlar naminə öz xalqını daha uzun müddət çətinliklərə dözmək məcburiyyətində qoya bilən lider qalib gələcək. Hələ ki Si Cinpin Ağ Evdəki həmkarından daha böyük qətiyyət nümayiş etdirir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 985 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
15:39 163 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
14:33 179 1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə
1990-cı və 200-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub. xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabılar
20:00 1 Avropa ölkələri Ukraynaya "Patriot" raketləri göndərəcək
Avropa ölkələri qışdan əvvəl Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər almağı və çatdırmağı planlaşdırır. Hesabatda bildirilir ki, Avropa ölkələri hazırda NATO-nun "Ukraynanın Prioritet Tələblər Siyahısı" (PURL) proqramı çərçivəsində planlarını yekunlaşdırır
11:58 144 Oksana artıq çəkidən şikayətləndi
Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib. Axşam.az xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına baxmayaraq, artıq çəkidən xilas ola bilmədiyini deyib. "İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqram
12:04 248 "Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə
12:28 171 Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
15:47 181 Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı
"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb. Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 79
18:15 3 Bu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
16:18 127