Sumqayıt-Bakı ekspress qatarında şok görüntülər: sərnişinlər ayaqüstə qaldılar - FOTOLAR
Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres qatarında böyük sıxlıq yaranıb. Sərnişinlər ayaq üstə qalıb və böyük narahatlıq keçirib.
AFN.az-a məsələ ilə bağlı məlumat verən sərnişinlərin sözlərinə görə, Sumqayıt stansiyasından qatara minəndə dispetçerlər bildirib ki, qarşı vaqonda boş yerlər var: "Təsəvvür edin ki, əslində isə boş yerlər dedikləri ayaqüstü yerlər imiş. Bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatdı".
Məlum olub ki, qatarın vaqonlarının sayı xeyli azaldılaraq 11-dən 7-yə endirilib: "Özü də bunu məhz həftənin əvvəli, bazar ertəsi ediblər. Maraqlıdır ki, buna qədər vaqon sayındakı qeyri-stabillik əsasən cümə günləri və bayramlar öncəsi olurdu. Daha əvvəl Sumqayıt sakinlərinə qarşı bu haqsızlığa rayonlara səfər edənlərin say çoxluğu, yüksək tələbatla haqq qazandırırdılar. Bəs bu gün - həftənin əvvəli nə baş verdi?
Ümumiyyətlə, nə üçün istədikləri vaxt vaqon sayını azaldıb bölgələrə hərəkət edən qatarlara qoşmalıdırlar?! Məgər Sumqayıtdan Bakıya hərəkət edənlər pulunu ödəyib rahatlıq istəyən sərnişinlər deyil? Və nə üçün öncədən birdəfəlik elan edilmir ki, məsələn, ekspres qatarında vaqonlar azalacaq, daha 7 vaqon olacaq, agah olun! Sərnişinlər bunu əvvəldən bilib ya Pirşağı qatarına minmək üçün yeraltı keçid istiqamətində hərəkət etsinlər, yaxud vağzala gəlmə zamanlarını digər reyslərə uyğun planlasınlar".
Sərnişinlər bildirirlər ki, problemlər bununla bitmir: "Daha betəri isə budur ki, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi daha praktik reyslər olsa da, hazırda onların hər biri tarixin yaddaşına qovuşub. Saat 07:20-dən 08:12-dək olan intervala 2 dənə köhnə tipli vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq olan ekpres qatarları fəaliyyət göstərir. Əvvəllər təhlükəsizlik baxımından platforma ilə qatarın ensiz olması səbəbindən arada boşluq olduğu üçün pandus da qoyurdular. Daha bunu da yığışdırdılar. Artıq bu "ekspreslər" sıxlığına və narahatlığına görə 90-cı illərdə Sumqayıt-Bakı yolu işləyən "PAZ" avtobuslarını xatırladır. Görəsən, biz keçmişə qayıdırıq, ya inkişaf etmək istəyirik? Bəlkə bu qərarı verənlər nostalji yaşamaq istəyirlər?
Axı "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı var. Bu sərəncamdan irəli gələn böyük işlər və məsuliyyətli fəaliyyətlər gözlənilir. Amma beləmi? Qazancınızı, rentabelli çalışmaq istəklərinizi normal qarşılayırıq, amma insanların rahatlığını da düşünün, cənablar!"
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2097 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 168 Rusiya rəsmisi: ABŞ Ukraynaya təsir edə bilər, amma Avropa ilə arasında münaqişə var
ABŞ Ukraynaya təsir göstərə bilər, lakin Avropa İttifaqı (Aİ) ilə bu məsələdə fikir ayrılığı var. xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi, Rusiya Dənizçilik Kollegiyasının sədri Nikolay Patruşev bildirib. "Amerikalılar Ukraynay
11:41 142 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
12:18 203 Avropa ölkələri Ukraynaya "Patriot" raketləri göndərəcək
Avropa ölkələri qışdan əvvəl Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər almağı və çatdırmağı planlaşdırır. Hesabatda bildirilir ki, Avropa ölkələri hazırda NATO-nun "Ukraynanın Prioritet Tələblər Siyahısı" (PURL) proqramı çərçivəsində planlarını yekunlaşdırır
11:58 144 Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA
"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib
14:24 162 Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
15:39 163 Kokos yükündən bir tondan çox narkotik çıxdı - 2 nəfər həbs edildi
İspaniyada kokos yükünün içərisində gizlədilmiş bir tondan çox kokain aşkarlanıb. xəbər verir ki, bu barədə "20 Minutos" agentliyi məlumat yayıb. Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 1 238 kiloqram kokain müsadirə edilib. Narkotik maddə yük konteynerini
12:04 158 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
17:32 58 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
12:25 201